3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Daha bir boksçumuz Paris-2024-ə vəsiqə qazandı

Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
 
Futbolxeber.az saytının Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, 92 kq çəkidə mübarizə aparan dünya çempionu Olimpiadaya vəsiqəni Tailandın paytaxtı Banqkokda 2-ci Dünya Olimpiya Təsnifat Turnirində rəsmiləşdirib.
 
O, 1/4 finalda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və bu qələbə boksçumuza Paris-2024-də iştirak hüququ verib.
 
Nəticədə milli komandamız Fransa paytaxtında 5 kişi boksçu ilə təmsil olunacaq. Dominqesdən öncə Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris Olimpiadasına vəsiqəyə yiyələnib.
 
Qeyd edək ki, Oyunlarda boks yarışları iyulun 27-dən avqustun 10-dək davam edəcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31