3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Həsrət Cəfərov Zaqrebdə bürünc medal qazandı

Xorvatiyada güləş üzrə “Zaqreb Open” turniri davam edir.

Futbolxeber.az saytının məlumatına görə, dünən daha 3 güləşçimiz mübarizə aparıb.

Yarışa 1/4 finaldan start verən yunan-Roma güləşçimiz Murad Məmmədov (63 kq) fransalı Stefan Klementə qalib gəlib – 6:4. Ancaq bu görüşdə qolundan zədələndiyi üçün turnirdə çıxışını başa vurub.

Həsrət Cəfərov (67 kq) amerikalı Alexandro Sanço (3:1), isveçli Niklas Oehlen (9:0) və ukraynalı Oleksey Masiki (9:0) mübarizədən kənarlaşdırıb. Yarımfinalda Ukraynanı təmsil edən soydaşımız, Tokio Olimpiadasının gümüş medalçısı Pərviz Nəsibova (2:4) məğlub olan Cəfərov bürünc medal uğrunda misirli Mustafa Alameldinlə güləşib və 5:1 hesablı qələbəylə turniri üçüncü pillədə başa vurub.

Qadın güləşçimiz Jalə Əliyeva (57 kq) 1/8 finalda çinli Kexin Honqa məğlub olub - 9:20. Təsəlliverici görüşdə ukraynalı Solomiya Vinniki “tuş”la üstələyən Əliyeva bürünc medal uğrunda qarşılaşmada moldovalı Anastasiya Nikitayla bacarmayıb - 4:14.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31