13 Oktyabr 2026, Çərşənbə axşamı
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Digər idman növləri

Cüdoçularımız Qran Prini 4 medalla başa vurdu

Bu gün Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Qran Pri başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, yarışın 3-cü günündə Azərbaycan yığmasının üç idmançısı tatamiyə çıxıb.

Vüqar Talıbov (90 kq) Yeqor Voropayevə (neytral) qalib gəlsə də, sonra Tacikistanlı Kamranşah Ustopiriona uduzub.

Elcan Hacıyev (90 kq) 1/8 finalda fransalı Loris Tosyeni məğlub edib. O, 1/4 finalda David Klammertə (Çexiya) uduzub. Hacıyev bürünc uğrunda mübarizədə Dünyagir Məmmədrəhimovu (Özbəkistan) məğlub edib.

Camal Qamzatxanov (+100 kq) ilk görüşündə Tacikistanlı Şəkərməmməd Mirməmmədova uduzub.

Qeyd edək ki, yığmamızın hesabında ümumilikdə dörd medal var. Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) və Elcan Hacıyev (90 kq) isə bürünc medal qazanıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31