24 Avqust 2026, Bazar ertəsi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi

Digər idman növləri

Qadın boksçumuzdan tarixi nəticə

Azərbaycanın qadın boksçusu Aynur Rzayeva ölkənin boks tarixinə düşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, o, Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinala yüksəlməklə buna nail olub.
 
+81 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionatının finalçısı 1/4 finalda Selin Li-Loya (Yeni Zelandiya) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək, ən azı bürünc medalı təmin edib.
 
Rzayeva mundiallarda yarımfinala qədər irəliləyən ilk azərbaycanlı qadın boksçu olub. Yığma dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığından, boksçu 9 illik uğursuz seriyaya da son qoyub.
 
Aynur Rzayeva yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva ilə döyüşəcək.
 
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31