24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Rauf Məmmədov: "Vüqar Həşimov Memorialı-2022" maraqlı idman mübarizəsi vəd edir"

"Vüqar Həşimov Memorialı"nın 2022-ci ildə də keçirilməsi çox sevindiricidir. Rəqiblərimə ciddi yanaşıram, turnirin maraqlı idman mübarizəsi vəd etdiyini indidən deyə bilərəm".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Vüqar Həşimov Memorialı-2022"də iştirak edəcək Azərbaycan şahmatçısı Rauf Məmmədov yarışın mətbuat xidmətinə açıqlamasında deyib.

34 yaşlı qrossmeyster səkkizinci dəfə təşkil olunacaq turnirdə titullu və tanınmış şahmatçıların çıxış edəcəyini söyləyib. "Həm memorialda, həm də "Vüqar Həşimov" klubunun heyətində yer alarkən sanki Vüqarı hiss edir, onun dəstəyini duyuram. Onun partiyaları təkcə Azərbaycanda deyil, dünyada maraqla qarşılanıb və müzakirə olunub".

Yarışa gənc şahmatçıların da qatıldığını xatırladan Rauf Məmmədov bildirib ki, heyətdə dünya, Avropa çempionatlarının və Olimpiadanın qalibləri yer alıb: "Mürəkkəb olacaq, amma şansımı normal qiymətləndirirəm. Ümumilikdə dünya şahmatı gəncləşib. Yetərincə güclü və titullu gənc şahmatçılar mötəbər turnirlərdə layiqincə çıxış edir və mükafatçılar sırasında yer alırlar".

"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.

Turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17 - 24 dekabrda “Fairmont Baku” hotelində baş tutacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31