17 May 2026, Bazar günü
Berdıyev: "3-cü qolu buraxmasaydıq...”
99 mükafat: 34 mövsüm, 21 komanda
Kaxaber Sxadadzedən qələbə şərhi
XXXII turun hakim təyinatları

Digər idman növləri

Rəcəbov Aronyana qarşı

Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində son 5 tur oynanılacaq.

Futbolxeber.az saytının məlumatına görə, "Opera Euro Rapid"in görüşlərindən sonra pley-offa vəsiqə qazanan 8 şahmatçı müəyyənləşəcək.

Azərbaycanı təmsilçisi Teymur Rəcəbov ardıcıl Dinq Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyan (Ermənistan) ilə üz-üzə gələcək.

Hazırda Rəcəbovun aktivində 10 oyuna 5,5 xal var. O, ermənistanlı Levon Aronyan və fransalı Maksim Vaşye-Leqravla birgə 5-7-ci yerləri bölüşür. Turnir cədvəlinə 7 xalla norveçli Maqnus Karlsen rəhbərlik edir. ABŞ təmsilçisi Uesli So və niderlandlı Aniş Giri 6,5 xalla 2-3-cü yerləri bölüşür. Rusiyalı Yan Nepomnyaşi isə 6 xalla 4-cüdür.

Xatırladaq ki, Çempionlar Turunun ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.

Əlavə edək ki, "Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31