3 Noyabr 2025, Bazar ertəsi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda

Digər idman növləri

Milli komandamız Şanxayda yarışacaq

Milli komandamız həftəsonu Çinin Şanxay şəhərində mövsümün 4-cü Karate1 Premyer Liqa turnirində iştirak edir.

Futbolxeber.az saytına Karate federasiyasından verilən məlumata görə, mötəbər rəsmi yarışda Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Asiman Qurbanlı (+84 kq) eləcə də Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (üçü də -84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata) və İrina Zaretska (-68 kq) mübarizə aparacaq.

Komanda ilə birgə olan kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçi Qurban Tağıyevdən başqa beynəlxlaq hakimlər Cahangir Babayev və Vüqar Kərimov isə yarışı idarə edən referilər arasında olacaq. Nümayəndə heyətinə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov rəhbərlik edir.

Milli komanda 11 iyunda Bakıya dönüb 2-ci Avropa Oyunlarına hazırlıqları davam etdirəcək.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30