Digər idman növləri
"Sotomayorun problemi "ulduz xəstəliyi"nə tutulmasıdı"
Boks üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Vaqif Şirinov müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Ötən həftə keçirilmiş kişi boksçular arasında Azərbaycan çempionatını necə dəyərləndirərdiniz?
- Bəzi gənclərdən xoşum gəlsə də, yarış narahatlıq doğurdu. Aparıcı boksçuların il ərzində yarışlarda iştirak etmədikləri aşkar hiss olunurdu. Əsas narahatlıq lider boksçuların yarışa davamlılığı və döyüş bacarıqlarının zəif olmasıdır. Dünya boksundan geri qalırıq. Gənclərin ötən müddətdə bir sıra beynəlxalq turnirlərdə iştirakı ölkə çempionatında da özlərini yaxşı tərəfdən göstərmələrinə imkan verdi. Bu mənada Məhəmməd Abdullayev və Nicat Həsənovu qeyd edərdim. Eləcə də digərləri maraqlı işlədilər.
- Ölkə çempionatı yığmanın heyətini formalaşdırmaq baxımından nə dərəcə önəmlidir?
- Heyət aparıcı boksçular və gənclərdən formalaşır. Onları bir daha ölkə çempionatında iş başında gördük. Yarışdan sonra bəzi boksçularda zədələr var, bərpa prosesi keçəcəklər. Bəziləri isə “Qəbələ” və “Neftçi” idman klublarının tərkibində beynəlxalq turnirlərə yollanacaqlar. Artıq yığmada cavanları da irəli buraxmaq lazımdır. Millinin heyəti bir çox çəkidə yenilənə bilər. Bu mənada lider boksçular mövqelərini qorumağa çalışmalıdırlar. Əks halda, onların yerlərini gənclər tutacaq.
- 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorentso Sotomayorun Azərbaycan çempionatında 3-cü yeri tutması və yarımfinalda çox pis formada uduzması bir qədər gözlənilməz alındı. Bu idmançıya nə olub?
-Sotomayor beynəlxalq səviyyədə nəticə verən idmançıdır. Onu siyahıdan silmək tezdir. Lorentsodakı təcrübə heç bir idmançımızda yoxdur. Sotomayorun üzərində işləyəcəyik. Onun problemi "ulduz xəstəliyi"nə tutulmasıdır. Bu barədə özü ilə həm bizim, həm də psixoloqu tərəfindən söhbətlər aparılıb və çox şeyi başa düşüb.
- Belə davam etsə, Sotomayorun yığmadan birdəfəlik kənarlaşdırılma ehtimalı varmı?
- Xeyr. Qeyd etdiyim kimi, onunla işləyəcəyik. Bir görüşdə uduzmaqla boksçunun üstündən xətt çəkmək düzgün deyil. Bəzən bu cür məğlubiyyətlər böyük qələbələrə yol açır. Özü də çox şeyi başa düşüb, səhvlərinin fərqindədir.
- Millinin liderlərindən sayılan Məhəmmədrəsul Məcidov ölkə çempionatında iştirak etmədi. Səbəb nədir?
- O, hazırda Azərbaycanda deyil. Yarışda iştirak etməməsinin səbəbi dizindəki zədə və ailə problemləridir. Dizindəki əməliyyatdan sonra ağrıları var. Ona görə istirahət etməsinə icazə verdik. Özü ilə söhbətim olub, 2019-cu il yanvarın 7-də Göygöl Olimpiya Kompleksində start götürəcək təlim-məşq toplanışına qatılmalıdır.
- Ümumiyyətlə, Teymur Məmmədov, Elvin Məmişzadə kimi boksçular da ölkə çempionatına qatılmadılar. Bu cür idmançılar niyə kənarda qalır?
- Məmişzadə son günlərə qədər bizimlə məşq edirdi. Sadəcə, çəkisini 300-400 qram aşağı sala bilməyib. Məndə də belə bir qayda var ki, hər kəs öz çəkisində çıxış etməlidir. Həm də yarışdan bir gün qabaq hərarəti var idi deyə, çəkisini salmaq üzərində də çalışa bilməyib. Məmmədova gəlincə, onun burnunda problemi var, mənə əməliyyat olunacağını deyib.
- Leonid Loivski baş məşqçi postunda 2 il çalışdı. Sizcə, ukraynalı mütxəssis etimadı doğrultdu?
- Onun işini yüksək qiymətləndirirəm. Çox yaxşı mütəxəssisdir, komandanın inkişafında böyük əziyyəti var. Məsələn, işlədiyi qısa müddətdə Məhəmmədrəsul Məcidov üçüncü dəfə dünya çempionu oldu, Kamran Şahsuvarlı mundialda bürünc, Avropa çempionatında gümüş medal qazandı.
- Bunadək gənclər millisinə rəhbərlik etmisiniz. Yeni nəslə böyük ümidlər bəsləyə bilərik, yoxsa bir çox idman növlərində olduğu kimi, burada da cırlaşma gedir?
- Bu gün gənclərimizin lider boksçularla eyni səviyyədə işləmələri mənə xoş gəlir. Azərbaycanda yaxşı gənc boksçular var, yeni nəsil yetişməkdədir. İşlər düzgün qurulsa, nailiyyətlər də olacaq. Zəifləməkdə olan bəzi lider boksçular cavanlarla əvəzlənməlidirlər. Bu proses geç-tez getməlidir. Hələlik liderlərimiz də pis deyil. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına az qalıb. Əlimizdəki idmançılardan maksimum faydalanmalıyıq. Azərbaycan çempionatı boksçular üçün özlərini görmək baxımından da faydalı oldu. Hər kəs öz çatışmazlığını bildi.
- “Tokio-2020”yə qədər hansısa əcnəbi idmançının milliləşdirilməsi mümkündürmü?
- Planda belə bir məsələ yoxdur. Azərbaycan çempionatının mükafatçıları və lider boksçularımızla işləyəcəyik. Beynəlxalq yarışlara ən güclü olanlar gedəcək.
- “Tokio-2020”də idmançılar 8 çəki dərəcəsi üzrə mübarizə aparacaqlar. Hazırda komandanın çəkilərə uyğun şəkildə formalaşdırılması necə gedir?
- Komandanı yenidən formalaşdırmaq lazımdır. Böyük həcmli məşqlərimiz olacaq. 91 kq-dan yuxarı çəkidə Məhəmmədrəsul Məcidovla ölkə çempionatında qızıl medal qazanan Məhəmməd Abdullayev rəqabət aparacaq. 81 kq-da Rauf Rəhimovla Pedro Alfonso, 69 kq-da Sotomayorla Elnur Süleymanovu qeyd edərdim. Həmçinin 75 kq-da Kamran Şahsuvarlı yer alıb. Nisbətən zəif çəkilərimiz var. Məsələn, 49 kq-da problem hiss edilir. 52 kq-da Məsud Yusifzadə hərbi xidmətdə olduğu üçün yaxşı hazırlaya bilməmişik. 56 kq-da Tayfur Əliyevlə Ümid Rüstəmov hələ beynəlxalq yarışlar üçün tam yetişməyiblər. Oxşar problem 60 kq və 64 kq-da da var. Çatışmazlıqları aradan qadırmaq da bizim üzərimizə düşür.
- Son vaxtlar boksun olimpiadanın proqramından çıxarılma məsələsi müzakirə olunmaqdadır. Bu barədə nə deyə bilərsiniz?
- Beynəlxalq Olimpiya Komitəsi (IOC) ilə Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) arasında bəzi məsələlərdə narazılıqlar var. Hakimliklə bağlı bir çox ölkələrdən şikayətlər getdiyi üçün problem yaranıb. IOC bu cür narazılıqların olmamasına çalışır. Həmçinin Qafur Rəhimovun AIBA-nın prezidenti seçilməsi IOC tərəfindən müsbət qarşılanmayıb. Ona görə də boks üzrə beynəlxalq yarışlar dayandırılıb. Belə vəziyyətdə AIBA-nın müstəqil turnirlər keçirəcəyi gözlənilir. Lakin həmin Avropa və dünya çempionatları olimpiadaya lisenziya verməyəcək. Yəqin ki, bu gedişlə IOC-a tabe olacaq yeni Beynəlxalq Boks Federasiyası yaradılacaq. Hələlik IOC tərəfindən AIBA-nın bütün işləri dayandırılıb (Report.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
-
10:53
İtaliya millisindən Bursada 4 qollu qələbə VİDEO
-
10:31
Varkonyinin millidəki debütu təxirə salındı
-
10:17
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
10:02
Puxaçın milliyə qayıdışı uğursuz alındı
-
09:45
“Qarabağ”ın qapıçısı 2 qol buraxsa da, komandası qalib gəldi
-
09:29
Marko Yankoviç İrəvanda qələbəyə sevindi
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
29.09.2026
28.09.2026
























