23 Noyabr 2026, Bazar ertəsi
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları

Digər idman növləri

Qurban Bayramı münasibətilə veloyürüş keçirilib

Həvəskar velosipedçilərdən ibarət “VS GROUP” klubunun təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Qurban Bayramı münasibətilə veloyürüş təşkil edilib.

Futbolxeber.az saytının məlumatına görə, yürüşdə qrupun yaşı 15-dən 60-dək olan 30-a yaxın üzvü iştirak edib.

Yürüş iştirakçıları arasında azərbaycanlı həvəskar velosipedçilərlə yanaşı, İngiltərə, Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Bolqarıstan, Sloveniya, Serbiya, Ukrayna və Tacikistandan olan paytaxtımızın qonaqları, həmçinin Azərbaycanın şosse velosipedi üzrə yığma komandasının üzvləri də olub. Buzovna-Şüvəlan marşrutu üzrə 17,5 km-lik marşrutu qət edən velosipedçilər yürüşü “Dalğa Arena”da başa çatdırıblar.

Veloyürüşdə iştirak edən əcnəbi qonaqlara Qurban Bayramı haqda ətraflı məlumat verən “VS GROUP” klubunun təşkilatçıları ölkəmiz üçün əhəmiyyətli olan günlərdə bu cür yürüşləri yenidən təşkil edəcəklərini və velosiped idman növünün təbliğinə bundan sonra da çalışacaqlarını bildiriblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30