2 Yanvar 2026, Cümə
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Digər idman növləri

BMX üzrə dünya çempionatına dəstək yarışları başlayıb

Velosiped idmanının BMX növü üzrə iyunun 5-9-da Bakıda keçiriləcək dünya çempionatının məktəblilər arasında təbliği və onların velosiped idman növünə marağının artırılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının  dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə kütləvi idman tədbirlərinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, bu proqram çərçivəsində ilk yarış Xətai rayonu 17 saylı orta məktəbdə keçirilib. Rayondaxili mərhələ yarışında 32 məktəbin 200-ə yaxın şagirdi iştirak edib.

Yarışın yekununa əsasən I yerə 29 saylı, II yerə 138 saylı, III yerə isə 17 saylı orta məktəbin komandası layiq görülüb. Qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok və diplomlarlara təltif edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31