17 May 2026, Bazar günü
Kaxaber Sxadadzedən qələbə şərhi
XXXII turun hakim təyinatları
"Neftçi"nin şikayəti təmin edilmədi
Valdas Dambrauskasdan qələbə şərhi

Digər idman növləri

Yığmamız İzmirdən 5 medalla qayıdır

Türkiyənin İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə güləşçilər arasında 20-ci beynəlxalq turnir keçirilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, turnirdə yeniyetmə qızlardan ibarət yığma komandamızın üzvləri iştirak edib. Güləşçilərimiz turniri 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. 
 
Bütün rəqiblərindən üstün olan Şahanə Nəzərova (38 kq) və Ayşən Yusifova (40 kq) turnirin qızıl medalını qazanıb. 49 kq-da mübarizə aparan Sevinc Əhədova gümüş medala yiyələnib. Bürünc medalları isə yığmamıza Yasəmən Məcidli (43 kq) və Jalə Əliyeva (56 kq) qazandırıb. 
 
Məlumat üçün bildirək ki, böyük məşqçi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında yığma komandanın 10 üzvü aprelin 21-dən Bursa şəhərində bu ölkənin yığması ilə birgə təlim-məşq toplanışında iştirak edib. 
 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31