Digər idman növləri
Fərid Hüseynov: “Ona bəslənən ümidlərimiz sonsuzdur”
Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2017”nin Təşkilat Komitəsinin sədri, turnirin direktoru Fərid Hüseynov yarışın rəsmi saytına müsahibə verib. Futbolxeber.az sizi həmin müsahibə ilə tanış edir:
- Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə V tur başa çatdı. İlk turlarla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Shamkir Chess 2017 turnirinə maraq gözlədiyimizdən daha çox oldu. Ölkəmizlə yanaşı Rusiya və Ukrayna mediasında turnirlə bağlı silsilə yazıları oxumaq bizləri yaxşı mənada təəccübləndirdi. İlk turlarda gözlənilməz nəticələr çox olmadı. Uesli So yarışa o qədər yaxşı başlamadı. Amma Vladimir Kramniklə partiyanı yüksək səviyyədə keçirdi. Ümumiyyətlə ABŞ təmsilçisi çox güclü şahmatçıdır. Hər oyuna peşəkar yanaşması layiqli olaraq FİDE reytinqində ikinci pillədə qərarlaşdığını təsdiqləyir. Veselin Topalov, Sergey Karyakin kimi şahmatçıların yarışdığı turnirdə sonluq haqqında proqnoz vermək çətindir. Bizim şahmatçılara gəlincə Şəhriyar Məmmədyarovun lider olması bizləri sevindirir. Ona bəslənən ümidlərimiz sonsuzdur. Teymur Rəcəbov isə ilk iki turda qara fiqurlarla oynadı. Startda məğlub olsa da, qısa zamanda toparlanmağa çalışır. İnanıram ki, istirahət günündən sonra Rəcəbov daha yaxşı oyun nümayiş etdirəcək.
- Məmmədyarov iki dəfə qara fiqurlarla qələbə qazandı. Deyəsən Şəmkir onun üçün uğurlu məkandır...
- Ötən il keçirilən yarışı heç kim unutmayıb. Şəhriyar yarışa pis başlasa da, sonda ağlasığmaz əzmkarlıqla bütün rəqiblərdən güclü olduğunu göstərdi. Fabiano Karuanayla tay-breki görüşünü hələ də unutmamışıq. Şəhriyarın 2016-cı ildəki qələbəsi onun şəmkirdəki pərəstişkarlarının sayını artırdı. Əvvəllər Məmmədyarov Azərbaycandakı yarışlarda oynaya bilmədiyini deyirdi. Amma Şəmkir müsbət mənada dəyişikliyə səbəb oldu. Fikrimcə Şəmkirdə Məmmədyarov özünü evdə olduğu kimi hiss edir. Burada ona böyük hörmət bəslənilir. Əksəriyyət artıq onu şəmkirli hesab edir.
- Bu ildə Şəhriyara böyük ümidlər var....
- V turdan sonra lider olmasına baxmayaraq yekun haqqında danışmaq tezdir. Bir qədər səbrli olaraq. Son 4 tur daha gözlənilməz nəticələrlə başa çata bilər. VI turda Kramniklə çətin duel olacaq. Qalib idmançıya titulu qorumaq ikiqat çətindir. Bu mənada Şəhriyarın asan deyil.
- Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rusiyalı dünya çempionu Vladimir Kramnikə şəhərin fəxri vətəndaşı olmağı təklif etdi. Kramnikin bu məsələyə cavabını öyrənmək istərdik...
- Yarışın ilk günündə Vladimir Kramnik bu təklifə müsbət cavab verdiyini bildirdi. Rusiyalı dünya çempionu artıq Şəmkirdəki turnirdə ikinci dəfə iştirak edir. Özü də burada yüksək qonaqpərvərliklə rastlaşdığını deyib. İnanırıq ki Şəmkirin fəxri vətəndaşı olandan sonra Kramnik şəhərə tez-tez gələcək.
- Yarış zamanı təşkilati işlərlə bağlı hər hansı problem yaranır?
- Problem yaransa belə qısa zamanda həll olunur. Turnirin yüksək səviyyədə keçirilməsi üçün lazımi işlər görülür. Synergy Group həmişə ölkə idmanına dəstək olmağa çalışıb. Burada həm də istedadlı Vüqar Həşimovun adı var. Biz onun əziz xatirəsinə layiqli yarış təşkil etmişik. Bundan sonra da belə davam etməsinə çalışırıq.
- Turnirdə FİDE reytinqində ən yüksək pillələrdə qərarlaşan şahmatçılar iştirak edir. Maraqlıdır onların hansı kaprizləri olur?
- İnanın heç bir kapriz olmur. Əksər məsələlər əvvəlcədən təsdiqlənir. İştirakçılar yüksək reytinqli şahmatçı olmaqla yanaşı həm də gözəl insandır. Turnir zamanı heç bir kaprizlə rastlaşmamışıq. Əksinə onların Şəmkirə marağı bizi çox sevindirir. Məsələn Uesli So yarışa anasıyla gəlib. Anası Şəmkirin mərkəzi yerlərini görmək istəyirdi, biz bu işdə ona kömək etdik. So özü isə yarış məkanına çox vaxt piyada yollanır. Havada gəzməyi xoşlayır.
- Şəmkiri artıq Azərbaycanın Linaresi adlandırırlar. Təşkilatçı kimi bu sözlər sizi sevindirməyə bilməz...
- FİDE prezidenti Kirsan İlümjinovdan belə sözləri eşitmək çox sevindiricidir. Beynəlxalq Şahmat Federasiyasının rəhbəri Şəmkir yarışını hazırda keçirilən ən gözəl turnirlərdən biri adlandırıb. Təşkilatçılıq baxımından şahmatçılar eləcə də qonaqlar üçün hər cür şərait yaradılıb. Linares turnirinin böyük tarixi var. Vüqarın xatirə turniri isə ardıcıl dördüncü dəfə baş tutacaq. Linareslə müqayisə olunmaq yaxşı haldır. Amma hədəfimiz şahmat təqvimində ən yüksək yerləri tutmaqdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
-
23:12
"Qarabağ" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:00
Qurbanov: “Bu, təhlükəlidir”
-
22:49
“Qarabağ”a qarşı belə oyunumuz növbəti matçlar üçün stimuldur”
-
22:36
Millimiz Gürcüstana məğlub oldu
-
22:25
Mahir Emrelinin komandası yenə uduzdu
-
22:08
“Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qalibm gəldi
-
21:33
Tovuzda 3 qol vuruldu VİDEO
-
21:14
Millimizin üzvü Kosovada het-trik etdi
-
20:57
Kurban Berdiyevdən qələbə şərhi
-
20:41
"Sumqayıt"ın baş məşqçisi: "Nəticə oyuna görə olmadı"
-
20:00
Cəlal oynadı, komandası qalib gəldi
-
17:52
“Turan Tovuz” və “Sumqayıt” rəhbərliyindən alqışlanası addım FOTOLENT
-
16:16
Aziz Yıldırım Prezident İlham Əliyevlə görüşdü FOTOLENT
-
15:39
Krivotsyukun komandasından darmadağın
-
11:05
"Bavariya"dan xal itkisi VİDEO
-
10:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
“Artıq şərhə ehtiyac duymuram, “Neftçi”nin mətbuat xidməti lazımi açıqlamanı vermişdi”
-
09:54
"Roma"dan əzmkar qələbə VİDEO
-
09:31
Rüfət oynadı, komandası xalsız qaldı
-
09:17
"İnter"dən möhtəşəm geridönüş VİDEO
-
23:59
İstanbul derbisini "Beşiktaş" qazandı VİDEO
-
23:42
Şeydayev oynadı, “Soçi” uduzdu
-
23:34
"Neftçi" 3 xalı 4 qolla qazandı VİDEO
-
23:18
Yuri Vernidub: “Qarşıda hələ çox işimiz var”
-
22:26
"Neftçi” liderliyə yüksəldi
-
22:00
Nuriyevin komandası səfərdə sevindi
-
21:11
Rəşad Sadıqov: “0:2-dən sonra oynamaq çətin idi”
-
20:43
Nərimanın komandası qalib gəldi
-
18:25
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
-
18:09
"Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında 1/4 finala yüksəlib
-
17:32
Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarış günü başa çatıb
-
16:14
Basketbol Federasiyası Milan Kotaraçla əməkdaşlığa xitam verib
-
14:58
Mahir Məmmədov Ümumdünya Şahmat Olimpiadası öncəsi Azərbaycan millisinin üzvləri ilə görüşüb
-
13:41
Qubada beynəlxalq şahmat festivalına start verilib
-
13:00
PSJ-də 5 yeni müqavilə
-
12:36
Gəncə şəhər stadionunda anşlaq
-
11:53
PSJ öz meydanında uduzdu VİDEO
-
11:15
“Kəpəz”in bir atımlıq barıtı, Bağırovun master-klassı və “Qəbələ”nin oyanışı
-
10:49
İsak "Liverpul"a qələbə qazandırdı VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:08
“Real”ın mövsümdəki ilk məğlubiyyəti VİDEO
-
09:54
ÇL: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
-
09:31
Zamiq oynadı, komandası qalib gəldi
-
09:17
“Qalatasaray”dan çətin qələbə VİDEO
-
23:56
"Neftçi" "Şəfa" ilə oyuna hazırdır FOTOLENT
-
23:34
Andrade “Polesye”də qol hesabını açdı
-
23:18
"Şamaxı" "Kəpəz"ə dərs keçdi VİDEO
-
22:47
Azər Bağırovdan qələbə şərhi: “Qolları vaxtında vura bildik”
-
22:22
"Qəbələ"nin qələbəsi VİDEO
-
22:05
"Qəbələ" və "Şamaxı"dan qələbə
06.09.2026
05.09.2026
04.09.2026
























