4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Digər idman növləri

Karyakin: “Şəmkirdə heç-heçələr çox olacaq”

ShamkirChess2017 turnirində I turun görüşləri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, hesabat turunda Rusiya təmsilçisi Sergey Karyakin hindistanlı Pentala Harikrişnayla heç-heçə oynayıb. Partiyadan sonra şahmatçılar mətbuat konfransında iştirak ediblər.

Sergey Karyakin ağ fiqurlarla heç-heçəni normal nəticə kimi dəyərləndirib: "Debütdən sonra üstünlük qazanmadım. Axtarışda idim. Amma Harikrişna çox diqqətli oynadı. 4 saatdan çox mübarizə apardıq. Bərabər səviyyəli oyun keçdi. Hesab nəticəyə görə oldu. İlk turda qələbə qazanmağı çox istəyirdim, amma alınmadı".

Hindistan təmsilçisi Pentala Harikrişna Şəmkir turnirində zəif rəqib olmadığını deyib: "Heç-heçə normal nəticədir. Fikrimcə, Şəmkirdə heç-heçələr çox olacaq. Karyakin debütdən üstünlük qazanmadığı üçün müxtəlif variantlardan istifadə etdi. Qara fiqurlarla ona qarşı müqavimət göstərmək asan deyil. Əsas mübarizə irəlidədir. Ona görə artıq növbəti rəqib haqqında düşünmək lazımdır".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31