Digər idman növləri
Karyakin: "Şəmkirdə çempion olsam, Şəhriyar inciməyəcək"
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 turnirinin iştirakçısı, Rusiya təmsilçisi Sergey Karyakin yarışın rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Vüqar Həşimov Memorialında iştirak edəcək şahmatçılar arasında sizin üçün uğursuz rəqib kimdi?
- Dostum Vüqarın xatirə turnirində böyük həvəslə mübarizə aparacam. İndiyə qədər Şəmkir turnirinin qalibi olmaq mənə nəsib olmayıb. Həmişə hədəfim ilk pillədə qərarlaşmaqdır. Heyətə gəldikdə Şəmkirə ən güclülərin dəvət olunduğunu söyləmək olar. Ona görə aşkar favoritim yoxdur. Uğursuz rəqib deməzdim, amma hər biriylə oyun asan olmayacaq.
- Dünya çempionu Maqnus Karlsenin Şəmkirdə olmaması mübarizəni asanlaşdırır ?
- Maqnus Karlsen dünya çempionudur. FİDE reytinqinə başçılıq edir. Sözsüz onun hər yarışda iştirakı rəqabəti artırır. Bununla belə Şəmkir turnirində Maqnus olmadan belə güzəştsiz mübarizənin olacağına əminəm. Karlsen iştirak etdiyi yarışlarda favoritdir. Amma heç kim Maqnusun bu il Şəmkirə gələcəyi halda çempion olacağını söyləyə bilməz. Karlsen iştirak etsəydi belə bəlkə də birinci olmayacaqdı. İştirak etmək hələ qalib gəlmək demək deyil.
- Turnirdə sabiq dünya çempionları Vladimir Kramnik (Rusiya) və Veselin Topalov (Bolqarıstan) iştirak edəcək. Onların görüşünü prinsipial qarşılaşma adlandırmaq olar?
- Fikrimcə, hər bir turdan sürpriz nəticələr gözləmək olar. Amma Kramniklə Topalov arasında görüşü həm də prinsipial adlandırmaq olar. Şahmat dünyasının iki güclü nümayəndəsinin maraqlı oyun nümayiş etdirəcəyinə inanıram. Biz ilk növbədə peşəkar şahmatçılarıq. Mübarizəmizi şahmat taxtası arxasında aparmalıyıq. Hisslərə sahib çıxmaq lazımdır. Kramniklə Topalov arasında münasibətlərin o qədər yaxşı olmaması hamıya məlumdur. Bununla belə hər iki insan şahmat dünyası üçün dəyərlidir.
- Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu il də Şəmkirdə qalib gəlmək istəyir. Məmmədyarovun şanslarını necə qiymətləndirirsiniz...
- Şəhriyar güclü şahmatçı olmaqla yanaşı, həm də dostumdur. Həm iddiaçılar turnirində, həm də dünya çempionu Maqnus Karlsenlə çempionluq matçında mənə kömək edən şahmatçılardan olub. Məmmədyarov məşqçi komandamın tərkibində çalışıb. Yüksək oyun keyfiyyətlərinə malikdir. Bəzən debüt seçimini müəyyən etmək çətin olur. Məmmədyarovun əhvalından çox məqam asılıdır. Əgər Şəhriyar özünü yaxşı hiss edirsə ona rəqib olmaq çətindir. Turdan əvvəl gülür və görürsən 10 dəqiqəyə partiyada böyük üstünlük qazanır. İstənilən şahmatçıya problem yaratmağı bacaran həmkarımdır. İnanıram ki Şəmkirdə çempion olsam Şəhriyar inciməyəcək.
- Şəmkir təəssüratlarını bizimlə bölüşərdin. Bu turnir yadında necə iz buraxıb?
- Şəmkir turnirinin təşkilatçıları hər bir qonağa özünəməxsus tərzdə yanaşır. Qonaqpərvərlik artıq Gəncədə hiss olunur. Hava limanında qarşılanma, oteldə yerləşdirmə yüksək səviyyədə icra olunur. Ona görə bu gün ShamkirChess dünyanın aparıcı şahmat turnirləri sırasındadır. Hətta istirahət günündə qonaqlar darıxmır. Adətən yeniyetmə şahmatçılarla görüşürük, sonra futbol oynayırıq. Şəmkirdə Vüqarın adınalayiq yarış keçirilir. Bu il XXI kateqoriyalı yarış izləyəcəyik. Ciddi mübarizə olacaq.
- Vüqar Həşimovu necə xatırlayırsan?
- Dost və sevimli həmkar kimi. Həmişə gülərüzlü olub. Hətta çətin günlərində belə gülməyi bacarırdı. Müsbət enerji ötürürdü. Əksər yarışlardan əvvəl onunla söhbət edirdik. Müzakirələr bəzən ciddi mübahisələr yaratsa da həmişə mehriban olmuşuq. Yadımdadır bir gün bilyard oynamağa getdik. Vüqar o qədər yaxşı oynamadığını deyirdi. Amma məni məğlub etdi. Sonra mən qalib gələrək ümumi hesabı bərabərləşdirdim. Bilyard oynamağı da yaxşı bacarırdı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
09:00
“Neftçi” “Turan Tovuz”u qəbul edir
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
24.10.2026
23.10.2026
22.10.2026
























