7 Iyun 2026, Bazar günü
AFFA, bir təbrikə dəymədi?
Azərbaycan millisi Maltaya uduzdu
Sadıq Sadıqov dünyasını dəyişib
Millimiz Macarıstana məğlub oldu

Digər idman növləri

AGF Kuboku: üçüncü yarış günündə 25 medal

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Futbolxeber.az-ın məlumatına görə, üçüncü yarış günündə sərbəst güləş üzrə yeniyetmələr arasında 114 pəhləvan yarışıb. 
 
İdmançılarımız günü 8 qızıl, 5 gümüş və 12 bürünc medalla başa vurub. Qızıl medalları yığmamıza Tofiq Əliyev (42 kq), Əşrəf Kərimzadə (46 kq), Mahir Məmmədzadə (50 kq), Əsgər Məmmədəliyev (54 kq), Turan Bayramov (58 kq), Hacımurad Hacıyev (63 kq), Davud İbrahimov (69 kq) və Abdulmuslim Məmmədov (76 kq) qazandırıb. 
 
Komanda hesabında Azərbaycan birinci, İran ikinci, Gürcüstan komandası üçüncü yeri tutub. 
 
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunur.  
 
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qırğızıstan Qazaxstan və Belarus pəhləvanları mübarizə aparır.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30