3 Aprel 2026, Cümə
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Sevinməyin adamına görə dəyişməkliyi
Vaqif Cavadov Azərbaycan millisində

Digər idman növləri

Dopinqə “ilişən” idmançımız qovuldu

Azərbaycan velosipedçisi Maksim Averin ölkənin elit yığma komandasından və "Synergy Baku" kontinental klubundan kənarlaşdırılıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) "Report"a verilən bilgiyə görə, buna səbəb 32 yaşlı idmançının qanından istifadəsi qadağan edilmiş meldonium preparatının tapılmasıdır. Averinlə bağlı yekun qərar araşdırmalar başa çatdıqdan sonra veriləcək.
 
AVİF yaydığı bəyanatda bu xəbəri böyük narahatlıqla qarşıladıqlarını bildirib: "Beynəlxalq Antidopinq Agentliyi və Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən adı çəkilən preparatın idmançının orqanizminə hansı şəraitdə düşməsi ilə bağlı araşdırılma aparıldığı müddətdə Maksim Averin yığma komandadan və klubdan kənarlaşdırılıb".
 
Qeyd edək ki, Maksim Averinin qanından meldonium aşkarlanıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30