17 Fevral 2026, Çərşənbə axşamı
“Turan Tovuz” Şamaxıda xal itirdi
“Şamaxı"nın müdafiəsi yaxşı oynadı”
Rəşad Sadıqovla 100-cü qələbə
Demçenko: “Futbolçularım döyüşdülər”

Digər idman növləri

“Qəbələ” boksçularından 8 medal

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub. 
 
Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Boks Mərkəzində keçirilən yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də qüvvəsini sınayıb. Şimal təmsilçisinin kişi boksçuları 6 gün davam edən çempionatı 8 medalla başa vurub. 
 
Qəbələlilərdən dördü öz çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Qırmızı-qaralar”ın boksçularından Məhsəti Həmzəyev (57 kq), Cavid Çələbiyev (60 kq), Roman Zakirov (69 kq) və Kamran Şahsuvarlı (75 kq) Azərbaycan çempionu adına yiyələniblər. Tamerlan Abdullayev (69 kq), Rauf Rəhimov (81 kq) və Asəf Aslanlı (+91 kq) isə finala qədər bütün rəqiblərini məğlub edib, yalnız həlledici qarşılaşmada uduzmaqla 2-ci pilləni tutublar. Daha bir qəbələli idmançı fəxri kürsüyə yüksəlib. Kamran Baxşəliyev (64 kq) 3-cü yeri tutaraq Azərbaycan çempionatının bürünc mükafatçısı olub.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28