3 Oktyabr 2025, Cümə
VII turun hakim təyinatları
Prezident “Qarabağ”ı təbrik etdi
Oyunun ən yaxşısı Elvin oldu
"Qarabağ" "Kopenhagen"ə qalib gəldi

Digər idman növləri

Açıq MTB yarışlarının qalibləri müəyyənləşib

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim-plana uyğun olaraq, Dağ Velosipedi Parkında açıq MTB yarışı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 40-dan artıq idmançısı iştirak edib.

U-15 yaş kateqoriyasında mübarizə aparan idmançılar uzunluğu 2 km olan marşrut boyunca 3 dövrə vurublar. Məsafəni 28 dəqiqə, 45 saniyəyə başa vuran 8 saylı Olimpiya İdman məktəbinin yetirməsi Fədail Mahmudov finiş xəttini birinci keçib.

U-15 (3x2km)

1. Fədail Mahmudov 8OEQİUVM      28:45

2. Əhməd Əhmədov  8OEQİUVM 29:47

3. Emil Əliyev           8OEQİUVM       29:48

17 yaşadək velosipedçilər eyni marşrut üzrə 5 dövrə mübarizə aparıblar və "Neftçi" İdman Klubu İctimai Birliyinin təmsilçisi Vüqar Nəsibov bütün rəqiblərini qabaqlayıb.

U-17 (5x2km)

1. Vüqar Nəsibov                 Neftçi  47:08

2. Nəcəf Bağırov                  AzVİF 49:09

3. Osman Qəhrəmanov        OEQİUVM 50:11

Və ən nəhayət, Elit, U-23 və gənclər kateqoriyasında çıxış edən idmançılar 14 km məsafə qət ediblər və mübarizə Olimpiya Ehtiyatları Velosiped İdmanı Məktəbinin üzvü Orxan Məmmədovun qələbəsilə yekunlaşıb.

Elit, U-23, Gənclər (7x2km)

1. Orxan Məmmədov OEQİUVM 58:06

2. Musa Mikayılzadə Lokomotiv   58:22

3. Aqşin Bağırlı         Lokomotiv   58:42








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31