Digər idman növləri
“Şahmat Olimpiadasının Bakıda keçirilməsi ölkə idmanı üçün tarixi hadisədir”
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin suallarına cavab verib. Futbolxeber.az tanınmış idmançının müsahibəsini təqdim edir:
- Uzun müddət Teymur Rəcəbov heç bir yarışda iştirak etmir. Səbəbini bilmək olar?
- Bu müddətdə güclü heyətin təmsil olunduğu super turnirdə iştirak etməyi planlaşdırırdım. Amma dəvət almadım. Buna görə də demək olar ki, məşq və hazırlıq planlarım pozuldu.
- Bir neçə gündən sonra Şəmkirdə keçiriləcək Vüqar Həşimovun ənənəvi xatirə turnirində iştirak edəcəksiniz. Hansı hədəflər uğrunda mübarizə aparacaqsınız?
- Mən həmişə turnirlərdə maksimum nəticə uğrunda mübarizə aparmağa çalışıram. Şəmkirdə də mümkün qədər yaxşı çıxış etməyə çalışacam.
- Dünya çempionu Maqnus Karlsen bu dəfə Şəmkirdəki turnirdə olmayacaq. Sizcə onun yoxluğu rəqabətə təsir edəcək?
- Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə sonuncu çıxışım zamanı Maqnus Karlsenlə görüşlərdən birində qələbə qazanmağa nail olmuşdum. Ona görə Karlsenin bu dəfə də Şəmkirdə mübarizə aparması daha yaxşı olardı. Karlsen bu turnirdə iştirakçılar sırasında olsaydı, sözsüz o favorit olacaqdı. Onun yoxluğunda isə digər şahmatçılar arasında qələbə uğrunda rəqabət artacaq.
- Hazırda hansı məşqçiylə işləyirsiniz?
- Belə məlumatları mətbuata ötürməməyə üstünlük verirlər. Məşqçi heyəti məlum olanda, rəqiblər şahmatçıya qarşı necə hazırlaşmağı daha yaxşı bacarır.
- Bakı 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etməyə hazırlaşır. Bu yarışın Azərbaycan paytaxında təşkili Sizin üçün nə deməkdir?
- Biz - Azərbaycan şahmatçıları Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər yarışın Bakıda keçiriləcəyinə görə fəxr edirik. Azərbaycan çoxlu sayda vacib yarışları təşkil edir. Layiqli olaraq Azərbaycan dünyada mötəbər idman yarşlarını keçirən ən yaxşı təşkilatçı ölkə kimi tanınır. Şahmat Olimpiadasının Bakıda təşkili eyni zamanda biz şahmatçıların məsuliyyətini artırır. Mümkün qədər yaxşı çıxış edərək azarkeşlərimizə sevinc bəxş etmək istəyirik.
- Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasından Bakıdakı olimpiadada hansı nəticəni gözləmək olar?
- Əgər istədiyimiz mübarizəni göstərsək, milli komandamızdan ən yüksək nəticələri gözləmək olar. Unutmaq olmaz ki, Azərbaycan yığması ikiqat Avropa çempionudur.
- Şahmat Olimpiadası Azərbaycan idmanına nə verəcək?
- Şahmat Olimpiadasının Bakıda keçirilməsi ölkə idmanı üçün tarixi və əlamətdar hadisədir. Bu bütün dünyada o cümlədən ölkəmizdə şahmatın təbliğinə böyük təkan olacaq. Olimpiada dünya mətbuatında geniş işıqlandırılır. Olimpiada uşaqların şahmata cəlb olunmasına da kömək edəcək. İnkişaf üçün gənc nəslin şahmatla məşğul olması vacibdir. Şahmatla məşğul olan uşaqlar pis vərdişlərdən uzaq olacaqlar.
- Azərbaycanda hazırda şahmatın vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan millisinin ikiqat Avropa çempionu olduğunu qeyd etdim. Millimiz müxtəlif illərdə qitə birinciliyinin gümüş və bürünc mükafatçısı olub. Azərbaycan şahmatçılarından mənimlə Şəhriyar Məmmədyarov iki dəfə dünya çempionluğuna iddiaçıların turnirində iştirak etmişik. Azərbaycan şahmatının potensialı yüksəkdir.
- Plimpiadada Azərbaycan 3 kişi, 3 qadın komandasıyla çıxış edəcək. Sizcə gənc şahmatçılara olimpiadada iştirak necə təsir edəcək?
- Şübhəsiz ki, bizim gənc şahmatçılarımız böyük təcrübə qazanacaq. Psixoloji mübarizədə böyük məktəb keçəcəklər. Daha yüksək səviyyəyə yüksəlmək üçün təkan olacaq. Ümid edirəm ki, Bakı Şahmat Olimpiadasından sonra kişi və qadın yığma komandalarımız güclü ehtiyat qüvvə əldə edəcək.
- 2016-cı ildə hansı yarışlarda iştirak edəcəksiniz?
- Bir neçə gündən sonra Şəmkirdə keçiriləcək Vüqar Həşimovun xatirə turnirində iştirak edəcəyəm. Sonra Ümumdünya Şahmat Olimpiadası, ardınca komandalar arasında İspaniya çempionatında, Korsikada sürətli şahmat üzrə turnirdə mübarizə aparacam. İlin sonunda isə Qətərdə təşkil olunacaq rapid və blits üzrə dünya çempionatında çıxış edəcəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
-
10:53
İtaliya millisindən Bursada 4 qollu qələbə VİDEO
-
10:31
Varkonyinin millidəki debütu təxirə salındı
-
10:17
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
10:02
Puxaçın milliyə qayıdışı uğursuz alındı
-
09:45
“Qarabağ”ın qapıçısı 2 qol buraxsa da, komandası qalib gəldi
-
09:29
Marko Yankoviç İrəvanda qələbəyə sevindi
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
29.09.2026
28.09.2026
























