9 Yanvar 2026, Cümə
"Neftçi"də məşqçi təyinatları
“Qəbələ”də nigeriyalı hücumçu
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq

Digər idman növləri

Şəhriyar Məmmədyarov “Vyana Open 2015”in qalibi oldu

Avstryada keçirilən “Vyana Open 2015” beynəlxalq şahmat  festivalı  başa çatıb. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, 50 ölkədən  850 şahmatçının iştirak etdiyi yarışda ölkəmizi Eltac Səfərli, Nərgiz Umudova, Tofiq İsrafilov və Afiq İsrafilov təmsil ediblər.

Festival A ,B, C və D turnirlərindən ibarət keçirilib.

Həmçinin festival çərçivəsində Şəhriyar Məmmədyarov və yerli şahmatçı  Markus Ragger arasında  6 oyundan  ibarət  matç keçirilib. Şəhriyar Məmmədyarov 3,5:2,5 hesabı ilə yarışın qalibi olub.

Festivalın A turnirində mübarizə aparan təmsilçilərimizdən  Eltac Səfərli aktivinə 7 xal yazraq 6-18-ci yerləri bölüşdürüb. Nərgiz Umudova isə 9 oyundan 5.5 xal toplayıb. C turnirində iştirak edən həmyerlilərimiz Tofiq İsrafilov 6.5 xal toplayaraq 6-cı, Afiq İsrafilov isə 6 xal toplayaraq 17-ci yerin sahibi olub.

Yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31