Digər idman növləri
"Bakı-2015": "Biz sanki nağıllar aləmindəyik"
"Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə" layihəsi çərçivəsində Azərbaycana səfər edən Portuqaliya və Xorvatiyadan olan velosipedçilər artıq Bakıdadırlar. Futbolxeber.az-ın məlumatına görə, portuqaliyalı velosipedçi Jorge Kristovao aprelin 10-da öz ölkəsindən yola düşüb və ümumilikdə 7000 km-ə yaxın məsafə qət edib. Xorvatiyada velosiped idmanının və turizmin təşviqi ilə məşğul olan, daha öncə Yay və Qış Olimpiadalarını qəbul edən Pekin, London və Soçi şəhərlərinə də səfərlər təşkil edən “Pedalinac” velosiped klubunun 5 üzvü isə mayın 5-də yola çıxıb. Onların marşrutunun uzunluğu təxminən 4000 km-dir.
Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Portuqaliya Milli Olimpiya Komitəsi və Azərbaycanın Xorvatiyadakı səfirliyinin birgə təşəbbüsü əsasında baş tutan bu yürüş zamanı velosipedçilər səfər etdikləri ölkələrdə Bakı-2015-in təbliği ilə məşğul olaraq, yerli əhaliyə Avropa Oyunları barədə məlumat veriblər. Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri və müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın üzvlərinin müşayəti ilə paytaxta daxil olan səfər iştirakçıları Dövlət Bayrağı Meydanında qarşılanıb.
Azərbaycanda gördüklərindən heyran olduğunu gizlətməyən portuqaliyalı Jorge Kristovao qarşılanma mərasimindən çox təsirləndiyini deyib: "Bizi bu cür qəbul etməyiniz həqiqətən də çox xoş oldu. Azərbaycanın Avropa Oyunlarını qəbul edəcəyini bildikdən sonra belə bir qərar qəbul etdim ki, Portuqaliyadan Azərbaycana velosipedlə səyahətə çıxım və özünü Avropa Oyunlarının açılışına çatdırım. Eşitdiklərim və ən əsası gördüklərim məni bir daha əmin etdi ki, ölkəniz bu yarışı ən yüksək səviyyədə təşkil edəcək. Bizə göstərilən diqqət və qayğıya görə, Azərbaycan Velosiped İdmanı Federasiyasına dərin təşəkkürümü bildirirəm".
Xorvatiyanın “Pedalinac” velosiped klubunun rəhbəri Mladen Qaçeşa isə ölkəmizdə gördüyü qonaqpərvərliyə heyran olduğunu deyib: "Belə qarşılanmanı heç gözləmirdim. Çox səyahətə çıxmışam, çox ölkədə olmuşam, amma bu cür qonaqpərvərliyi heç yerdə görməmişəm. Olduğumuz rayonlarda hamı bizə yaxınlaşır, səyahətimiz haqda maraqlanırdı. Özümüzü sanki nağıllar aləmində hiss edirik. Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən bizim üçün təşkil olunmuş qarşılanma, yolboyu müşaiyət və ölkənizdə yaşadığımız xoşbəxt dəqiqələrə görə sizə dərin minnətdarlığımızı bildiririk".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
03.10.2026
02.10.2026
























