4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Digər idman növləri

"Bakı-2015"də iştirak edəcək italiyalı idmançılarının bir qismi ölkəmizə gəlib

I Avropa Oyunlarında iştirak edəcək İtaliya idmançılarının ilk qrupu Bakıya gəlib. Futbolxeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, İtaliya nümayəndə heyətinin ilk qrupunda atıcılıq, triatlon, sinxron üzgüçülük və qadınlardan ibarət su polosu üzrə yığma üzvləri yer alıb.

Onların arasında atıcılıq üzrə Olimpiya çempionu Cessika Rossi və gümüş mükafatçı Massimo Fabbrizi də var. Onlar 2012-ci il London Yay Olimpiya Oyunlarında fərqləniblər. Artıq İtaliya millisi Atletlər Kəndində də yerləşdirilib. Komandanın texniki direktoru Elio Lokatelli Kənddə balkondan öz ölkəsinin bayrağının asıldığını gördükdə deyib: "Həqiqətən də çox gözəl məkandır. İndiyədək 16 Yay və Qış Olimpiya Oyunlarında iştirak etmişəm. Bu, gördüyüm olimpiadalardan da gözəldir".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31