23 Mart 2026, Bazar ertəsi
Qərəz, yoxsa antipatiya? - YAZI
Axundzadə MLS-də debüt etdi
“Turan Tovuz”dan vacib qələbə
Hidayət bürünc medal qazandı

Digər idman növləri

Şəhriyar Məmmədyarov: “Dünya çempionuna qarşı oynamaq hər zaman çətindir”

Synergy Group-un təşkilatçılığıyla keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 2-ci turda azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenə uduzub. Futbolxeber.az-ın məlumatına görə, norveçli şahmatçı qələbə haqda bunları deyib: "Bu gün oyunum yaxşı oldu. Rəqibə istədiyi gedişləri vermədim. Debütdən üstünlük qazandım və onu sona qədər qorudum. Nəticədə ilk qələbəmi qazandım. Bu nəticəni mənim üçün vacib idi".

Şəhriyar Məmmədyarov isə Maqnus Karlsenin debütdən üstünlük qazandığını deyib: "Dünya çempionuna qarşı oynamaq hər zaman çətindir. Hər hansı psixoloji təzyiqdən söhbət gedə bilməz. Sadəcə bu gün Maqnus istədiyim gedişləri etmədi. Həmin gedişlər olsaydı partiya fərqli istiqamətdə gedəcəkdi. O tam başqa cür oynadı. Şahmatda uduzmaq olar, amma belə uduzmaq yaxşı deyil".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31