23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Ölkə futbolu

Stoiçkov: “Azərbaycandakı dünya çempionatı FIFA-nın gənclər futbolunun inkişafına önəm verdiyini nümayiş etdirəcək”

“Fikrimcə, FIFA U-15 dünya çempionatı çox vacib turnirdir. Mən həmişə belə yarışları alqışlayıram. Çünki gənc futbolçular məhz bu turnirlərdə inkişaf etməyə, qarşıda onları hansı gələcəyin gözlədiyini anlamağa başlayırlar. FIFA hər il gənc futbolçulara daha çox diqqət yetirdiyini nümayiş etdirir”.

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Bolqarıstan millisinin və “Barselona”nın əfsanəvi futbolçusu Xristo Stoiçkov Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı FIFA-nın saytına açıqlamasında deyib.

O qeyd edib ki, Bolqarıstanın mühüm turnirdə iştirakı xüsusi əhəmiyyət daşıyır: “Hazırda Avropanın ən güclü klublarında çıxış edən bolqar futbolçuların sayı çox deyil. İtaliya, Almaniya və İngiltərədə oynayan bəzi futbolçularımız var, lakin onların sayı daha çox olmalıdır. Bu turnir gənclərin inkişafı üçün yaxşı fürsətdir”.

“İnanıram ki, Azərbaycanda keçiriləcək dünya çempionatı həm oyunçulara, həm də bütün dünyaya FIFA-nın gənclər futbolunun inkişafına önəm verdiyini nümayiş etdirəcək”, - deyə veteran futbolçu bildirib.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatı oktyabrın 24-dən 30-dək Hövsan Yarış Kompleksində təşkil olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31