Digər idman növləri
“Futzalın inkişafına AFFA böyük dəstək verir”
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov affa.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Azərbaycan millisinin Avropa çempionatının əsas qrup mərhələsindəki çıxışını necə dəyərləndirirsiniz?
- Komandanın qarşısına qrup mərhələsini birinci pillədə başa vurmaq və Avropa çempionatının final mərhələsinə ardıcıl dördüncü dəfə birbaşa vəsiqə qazanmaq tapşırığı qoyulmuşdu. Təəssüf ki, bu vəzifənin öhdəsindən gəlmək üçün son oyunda 1 qolumuz çatmadı. Heç-heçə olacağı təqdirdə belə, qrupun lideri olacaqdıq. Ancaq unutmayaq ki, Ukrayna millisi də Avropanın güclü komandalarından biridir. Bu yığma qitənin “Top 5-liy”ində yer alır. Rəqib lazım olan işləri əvvəlcədən görmüşdü. Bizim Belçika və Danimarka ilə oyunlarımızı təhlil etmişdi. Onlar çalışdılar ki, biz meydanda özümüzə xas olan oyunu nümayiş etdirə bilməyək. Bu da rəqibin təcrübəli olmasından və peşəkarlığından irəli gəlir. İndi bütün diqqətimizi pley-off oyunlarına yönəltmişik. Məqsədimiz gələn il Serbiyada keçiriləcək qitə birinciliyinə vəsiqə qazanmaqdır.
- Baş məşqçi Tino Perez daha çox yerli futzalçıların xidmətindən istifadə etdi. Bəziləri ilk dəfə rəsmi oyunda millinin formasını geyinirdi. Onların çıxışı necə, sizi qane etdimi?
- Hələ yerli oyunçuların cəmi 50 faizi milliyə dəvət edilmişdi. AFFA rəhbərliyinin və federasiyanın məqsədi millini yeniləməkdir. Artıq 5-6 yeni futzalçı dəvət edilib. Baş məşqçi isə cəmi 4 aydır ölkəmizdə çalışır. O, bütün oyunları izləyir. Bu gün 4 liqada 70-dən artıq komanda iştirak edir. Artıq seçim var. Üstəlik, U-21 komandasını da yaratmışıq. Həmin komandaya ancaq yerli oyunçular dəvət edilir. Baş məşqçi onlarla da işləyir və gələcəkdə həmin oyunçuların xidmətindən istifadə etməyi düşünür. Çalışırıq ki, onları beynəlxalq oyunlara peşəkar futzalçı kimi hazırlayaq. Bu sahədə işlər görülür. Son seçmə oyunlarda baş məşqçinin yerli futzalçılara güvəndiyini hər kəs gördü. Xüsusilə də, Danimarka yığması ilə oyunda yerli futzalçılar daha çox oynadılar, qollar vurdular. Bu prosesin uğurlu alınması üçün təbii ki, müəyyən vaxt lazımdır.
- Son vaxtlarda daha çox yerli futzalçıların azlığı ilə bağlı tənqidi fikirlər çox səsləndirilirdi. Qrup oyunları zamanı onların xidmətindən istifadə olunması bu sahədə yaranan problemin tədricən həll edildiyini deməyə əsas verirmi?
- Hər bir idman növündə olduğu ki, futzalda da bu proses gedir. Ancaq əcnəbi futzalçıların xidmətindən dünyanın əksər ölkələri yararlanır. Bakıya gələn Belçika millisinin heyətində yer alan futzalçılardan 10-u əcnəbi idi. İspaniya, İtaliya, Rusiya kimi yığmaların əksəriyyətini Braziliyadan cəlb edilib vətəndaşlıq verilən futzalçılar təşkil edir. Onların yanında yer alan yerli oyunçular müəyyən təcrübə toplayır. Gənc futzalçılar üçün bu vacibdir. Əgər 4 il əvvəl yığmanın heyətində 9 Braziliya əsilli futzalçı meydana çıxırdısa, bu gün onların sayı xeyli azaldılıb. Hər şeyi baş məşqçi təkbaşına edə bilməz. O, kənardan taktiki tapşırıqlar verir. Amma meydanda, azarkeş kütləsinin qarşısında oynamaq üçün psixoloji baxımdan hazır olmaq lazımdır. Gənclər üçün təcrübəlilərlə oynamaq bu baxımdan rahat olur. Yeri gəlmişkən, azarkeşlərimizə qrup oyunları zamanı yığmanı yüksək səviyyədə dəstəklədiklərinə görə təşəkkür edirəm.
- Millinin növbəti rəsmi sınağı sentyabrda olacaq. Rəqib isə iyunun 10-da bilinəcək. Hazırlıq planı necə olacaq və potensial rəqiblərdən hansılarla qarşılaşmağı istərdiniz?
- Apreldə Moldovada beynəlxalq turnir keçiriləcək və yığmamız da iştirak edəcək. Baş məşqçi ilə danışmışıq, səfərə əsasən yerli gənc futzalçılar aparılacaq. Gənc futzalçıların təcrübə toplaması, beynəlxalq oyunlara hazır olması üçün istər turnirlər, istərsə də hazırlıqlar zamanı maksimum faydalanırıq. Rəqibləri tanıyırıq. Kimliyindən asılı olmayaraq, məqsədimiz Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Hazırlıq üçün hər cür şərait yaradılıb. 2008-ci ildən futzal federasiyasına rəhbərlik edirəm. İlk gündən AFFA rəhbərliyi tərəfindən böyük dəstək var. Buna görə də assosiasiya prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm. Yığma üçün faydalı olan beynəlxalq turnirlərdə, təlim-məşq toplanışlarında iştirakımız üçün hər cür şərait yaradılıb və yaradılmaqdadır. Bu şəraitin qarşılığında müsbət nəticələr qazanmaq vacibdir. Millimiz ardıcıl 3 dəfə Avropa çempionatının final mərhələsinə qatılıb. Görülən işlərin nəticəsidir ki, bu gün futzalımız reytinq siyahısında xeyli irəliləyib. İndi isə yenilənmə prosesi gedir. Əsasən gənclərə şans veririk.
- Ölkə çempionatının güclülər dəstəsində də rəqabət artıb. “Xəzər adaları”nın gəlişi, “Fənər”in güclənməsi turnir cədvəlində gərginlik yaradıb.
- Çempionat istədiyimiz səviyyəyə çatıb. Bu gün nəinki Avropada, dünyada sayılıb-seçilən futzalçıların əksəriyyəti klublarımızın formasını geyinir. Böyük rəqabət yaranıb. Son 10 ildə çempion “Araz” idi. Amma yeni klubların rəhbərləri ilə danışmışıq, onlar da yeni nəslin yetişdirilməsində maraqlıdırlar. Bu gün çempionatda 4-5 komanda arasında rəqabət var. Əvvəl “Araz”la hansısa komanda oynayarkən, heç baxmağa da dəymirdi, çünki “Araz”ın qələbə qazanacağı dəqiq idi. Ancaq indi fərqli mənzərə ilə qarşılaşmışıq. Hər oyunda fərqli nəticə qeydə alına bilər. İstəyim çempion olan komandanın ölkəmizin adını avrokuboklarda da yüksəklərə daşımaqdır. “Araz” iki dəfə “Dördlər finalı”na vəsiqə əldə etməklə və 2 dəfə bürünc medal qazanmaqla böyük uğur əldə edib. Bu nəticəni yaxşılaşdırmaq lazımdır. Bu, Azərbaycan futbolunun uğuru olacaq.
- Əvvəlki müsahibələrinizdə klubların sayının artırılmasına çalışdığınızı bildirmişdiniz. Artıq 4 liqada 70 klub yarışır. Məqsədinizə nail olduğunuzu söyləmək olarmı?
- Hələ yeni klubların sayı artacaq. Bu il 15 komandanın daha 1 il gözləməsini xahiş etdik. Buna səbəb oyunların keçirildiyi zalların sayının az olmasıdır. Təxminən 2 aydan sonra ölkəmiz mötəbər bir yarışa – I Avropa Oyunlarına ev sahibliyi edəcək. Bununla əlaqədar əksər zallarda təmir, yenidənqurma işləri görülür. Hazırda ABU Arena, “Dinamo” və Şağan Olimpiya Kompleksinin zalından istifadə edirik. Bu da futzalın kütləviliyini göstərir. Gələn il komandaların sayı bir qədər də artacaq. Regionlarda da komandaların olmasına çalışırıq. Bu məsələ gündəmdədir. Sumqayıt, Quba, Lənkəran, Gəncə kimi bölgələrdə komandaların yaradılması ilə bağlı danışıqlar aparırıq. AFFA-nın dəstəyi ilə buna nail olacağımıza inanıram. İstənilən halda, hazırkı mənzərə milli üçün bazanın yaradıldığını göstərir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:38
Stoiçkov: “Azərbaycandakı dünya çempionatı FIFA-nın gənclər futbolunun inkişafına önəm verdiyini nümayiş etdirəcək”
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
23.10.2026
22.10.2026
























