24 Avqust 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Minifutbol

Rəşad Nəbiyev cüdo millisinin Böyük Dəbilqə turnirindəki çıxışını dəyərləndirib

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev millinin Bakıda keçirilən Böyük Dəbilqə turnirindəki çıxışını dəyərləndirib.
 
Futbolxeber.az saytının məlumatına görə, qurum rəhbəri bununla bağlı tviter səhifəsində paylaşım edib.
 
R.Nəbiyev 5 medal qazanan cüdoçulara uğurlu çıxış münasibətilə təbriklərini çatdırıb: “Cüdoçularımız Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan Bakı Böyük Dəbilqə turnirində 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq, ümumi hesabda və kişilər arasında birinci yerə çıxdılar. İdmançılarımızı ürəkdən təbrik edir və yeni uğurlar arzulayıram”.
 
Qeyd edək ki, Böyük Dəbilqə turnirində Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) gümüş, Zelim Kotsoyev (100 kq) isə bürünc medal əldə ediblər.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31