13 Mart 2026, Cümə
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət
XXIV turun hakim təyinatları

Minifutbol

Türkiyəli azarkeşlər azərbaycanlı iş adamını söydülər

Türkiyənin II Liqa təmsilçisi "Darıca Gənclərbirliyi" klubunun azarkeşləri komandanın bazasına hücum çəkiblər.
 
Futbolxeber.az-ın gazetegebze.com.tr saytına istinadən verdiyi məlumata görə, uğursuz çıxışlardan təngə gələn bir qrup fanat ayağa qalxıb. Sözü bir yerə qoyan tərfdarlar axşam saatlarında bazaya hücum ediblər. Onlar klubu səhmlərini alan, lakin transfer qadağasını qaldırmayan və borcları ödəməyən azərbaycanlı iş adamı Rauf İsmayılovu hədəfə alıblar. Fanatlar "Rauf, arıtq yetər, çemodanını götür, cəhənnəm ol!", "Bu klub darıcalılarındır", "Hardasan, Allah bəlanı versin", "Kimsə bizim şanlı tariximizi məhv edə bilməz" kimi şüarlar səsləndirərək, İsmayılovla onun havadarlarına etiraz ediblər. 
 
Qeyd edək ki, Rusiyada “Simurq Turizm” şirkətinin rəhbəri olan İsmayılov ötən ilin sonlarında klubu alıb. Komandanın baş məşqçisi isə Asim İbrahimovdur.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31