Minifutbol
Nüfuzlu “The Japan Times” Bakıda keçiriləcək ilk Avropa Oyunlarından yazır
Yaponiyanın yerli və əcnəbi elitası arasında populyarlığı ilə seçilən nüfuzlu “The Japan Times” qəzetində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun iyunun 12-dən 28-dək Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə məqaləsi dərc olunub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, “Bakı-2015”: Avropa Oyunlarının keçiriləcəyi şəhər” adlı məqalədə bildirilir ki, cari ilin iyununda Azərbaycan dünyanın idman mərkəzinə çevriləcək. Avropa Oyunları böyük idman bayramı olmaqla yanaşı, Azərbaycan paytaxtının inkişafına da mühüm təsir göstərəcək. Bu oyunlar dinamik inkişaf edən qonaqpərvər Azərbaycanı, eyni zamanda bir işgüzar mərkəz kimi tanıdacaq.
Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarı 2012-ci ilin dekabrında qəbul etdiyini xatırladan nazir vurğulayır ki, bu, ölkəmizin sosial, mədəni və iqtisadi inkişafını bütün dünyaya göstərmək üçün bir imkan olmaqla yanaşı, xalqımızın yüksək bacarığını nümayiş etdirmək baxımından da əhəmiyyətlidir.
Yarışların keçirilməsi üçün Bakıda çoxsaylı yeni idman obyektlərinin tikildiyini və əvvəlkilərin bərpa olunduğunu bildirən A.Rəhimov qeyd edir ki, qitənin ilk ən böyük idman bayramının açılış mərasimi yeni Olimpiya Stadionunda keçiriləcək. İyunun 12-dən başlayaraq, 17 gün davam edəcək yarışlarda 6 mindən çox idmançı iştirak edəcək. İyunun 28-də təntənəli bağlanış mərasimi ilə yekun vurulacaq yarışlarda idmançılar 20 idman növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparacaqlar.
Diqqətə çatdırılır ki, yarışlar 18 idman obyektində keçiriləcək. Onların sırasında 65 min yerlik Olimpiya Stadionu ilə yanaşı, Milli Gimnastika Arenası, Su İdman Sarayı, Atıcılıq Mərkəzi və digər böyük idman obyektləri var. Bakıya gələn qonaqlar bu idman obyektləri ilə yanaşı, möhtəşəmliyi ilə seçilən Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri kimi nadir memarlıq nümunələrindən də zövq ala biləcəklər. Yarışlara qatılacaq idman mütəxəssislərinin, jurnalistlərin və tamaşaçıların rahatlığı üçün Azərbaycan paytaxtında hər cür şərait yaradılacaq.
Məqalədə Azərbaycanın idman yarışlarına həmişə böyük maraq göstərdiyi, gələn il Formula-1 yarışlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının, “Avro-2020” futbol yarışlarının dörd görüşünün Bakıda təşkil ediləcəyi qeyd olunur.
Bakının möhtəşəm Oyunları yüksək səviyyədə qarşılamağa və keçirməyə hazır olduğunu vurğulayan nazir bu yarışların dünyanın 57 ölkəsinə, o cümlədən Yaponiyaya translyasiya ediləcəyini bildirir.
Yarışların mühüm əhəmiyyətini vurğulayan A.Rəhimov onun yalnız davam edəcəyi iki həftə ərzində deyil, Bakıda nümayiş olunacaq idman təntənəsi, sülh və dostluq kimi ülvi duyğuları ilə insanların yaddaşında həmişəlik qalacağına əminliyini ifadə edir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:44
PSJ - "Lion" oyununun vaxtı iğtişaşlara görə dəyişdirildi
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:54
“Araz-Naxçıvan” “Qəbələ”yə uduzdu, “Zirə” “Sumqayıt”a qarşı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:38
Stoiçkov: “Azərbaycandakı dünya çempionatı FIFA-nın gənclər futbolunun inkişafına önəm verdiyini nümayiş etdirəcək”
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
23.10.2026
22.10.2026























