26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

Rüstəm Əfsərli İTV-nin də ÇL-i yayımlaması barədə: “Əsas odur ki, hər şey azarkeşlərin könlüncə olsun”

“Bu barədə əvvəldən mənim də məlumatım yox idi. Sonra rəhbərlik belə bir variantın olduğunu dedi. Bildirildi ki, seçim bizdədi, hansı oyunu istəsək yayımlamayacağıq, yayımlamadığımız görüşü isə İTV azarkeşlərə təqdim edəcək. Bunda hər hansı bir problem görmürəm. Əsas odur ki, seçim bizdədi”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “CBC Sport”un şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli çalışdığı kanalla yanaşı, İTV-nin də UEFA Çempionlar Liqasının oyunlarını yayımlamasına münasibət bildirərkən deyib.

Dünəndən etibarən UEFA Çempionlar Liqasının 1/8 və 1/4 final oyunları “CBC Sport”la yanaşı, İctimai Televiziyanın efirində yayımlanır. "Saran Media" və ölkə ərazisində turnirin əsas yayımçısı “CBC Sport” telekanalı ilə əldə olunan razılaşma əsasında bu mərhələlərdə paralel keçirilən və “CBC Sport”da yayımlanmayan görüşlər İctimai Televiziyanın efirində canlı yayımda təqdim olunacaq.

Bəzən qitənin 1 nömrəli klub turnirində eyni gündə 2 maraqlı oyun olur. Məsələn, dünən əsas diqqətlər PSJ - “Bavariya” oyununa yönəlsə də, ölkəmizdə böyük azarkeş kütləsi olan “Milan”ın “Tottenhem”lə qarşılaşmasına da maraq yetərincə idi. Bu halda “CBC Sport” müyyən izləyici kütləsi itirə bilər. Lakin R.Əfsərli bu məsələdə hər hansı bir problem görmədiyini bildirib:

“Onsuz da biz ikinci oyunu yayımlamarıq. Əgər biz yayımlamırıqsa, digər kanalın həmin matçı tamaşaçılara təqdim etməsi problem deyil. Əsas odur ki, hər şey azarkeşlərin könlüncə olsun. Seçim izləyicinindi. Kim hansı oyuna baxmaq istəyirsə, matçı yayımlayan kanaldan da izləyəcək”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30