7 Fevral 2026, Şənbə
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Digər idman növləri

Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb

Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatında 1/4 final döyüşləri keçirilib. 
 
Futbolxeber.az saytının məlumatına görəı, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin daha 1 idmançısı qələbə qazanaraq yarımfinala yüksəlib.
 
63,5 kq Malik Həsənov üçüncü görüşündə Din Klensi (İrlandiya) ilə qarşılaşıb. Boksçumuz rəqibini hər 3 raundda məğlub edib. Həsənov yekunda Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısına 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayacaq.
 
Bununla da yarımfinala yüksələn boksçularımızın sayı 2-yə çatıb. Özləri üçün ən azı bürünc medalı təmin edən təmsilçilarımız bu mərhələnin görüşlərinə aprelin 25-də çıxacaqlar.
 
Qeyd edək ki, bir gün öncə Alfonso Dominqes (92 kq) də yarımfinalda iştirak hüququ qazanıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28