1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Ölkə futbolu

Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”

“Oyun gərgin keçdi. Düşünürəm ki, maraqlı alındı. Təəssüflər olsun ki, hər iki matçda məğlub olduq və finala vəsiqə qazana bilmədik. İndi bizim məqsədimiz liqanı ikinci yerdə bitirməkdir. Bazar günü “Turan Tovuz”a qarşı oyunumuz var, ona hazırlaşacayıq. İnşallah, meydana qələbə üçün çıxacayıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Ağadadaş Salyanski Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la cavab görüşündən (1:4) sonra jurnalistlərə açıqlamasında deyib.

O, ilk dəfə “Neftçi”nin əsas heyətində çıxdığı barədə belə deyib: “Baş məşqçimiz bu oyun mənə güvənib şans verdi. Düşünürəm ki, bu şansdan yaxşı istifadə edə bildim. Təəssüflər olsun ki, qol vura bilmədim. Amma çalışacağam ki, davamını gətirim və gələn oyunlarda özümü daha yaxşı göstərə bilim”.

A. Salyanski azarkeşlərin “Neftçi”nin oyunlarını boykot etməsi haqda belə deyib: “Düşünürəm ki, dəstək olsalar, daha yaxşı olar. Bizim üçün də onların dəstəyi ikiqat motivasiya olar. Boykot eləsələr də, meydana çıxıb bacardığımızı edirik”.

O, sonda özünü əsas heyətə tam hazır hiss etdiyini bildirib: “Hər şey məşqçinin qərarından asılıdır. O nə qərar versə, o da olacaq. Mən isə hər bir halda hazıram”

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31