4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Ölkə futbolu

PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi

İspaniyanın paytaxtı Madriddə Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda qurumun İcraiyyə Komitəsinin və "Qarabağ" Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak edib. Toplantını ECA-nın rəhbəri, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi açıb. O, bu mövsüm öz ölkələrinin çempionluğunu qazanmaları münasibəti ilə "Qarabağ" (Azərbaycan), "İnter" (İtaliya), "Bayer" (Almaniya) və "Ferensvaroş"u (Macarıstan) bu klubların iclasda iştirak edən rəsmiləri vasitəsi ilə təbrik edib.

İcraiyyə Komitəsinin iclasından sonra 400-dən çox Avropa klubunun iştirakı ilə əlaqələndirmə qruplarının görüşləri başlayıb. Həmin görüşlərdə isə Azərbaycandan "Qarabağ", "Neftçi", "Səbail", "Kəpəz", "Sumqayıt", "Turan" və "Zirə"nin rəsmiləri iştirak edir.

Qeyd edək ki, FİFA və UEFA-nın rəsmən tanıdığı ECA-da qitənin 620 klubu üzv kimi təmsil olunur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31