3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

“Kəpəz”də növbəti narazılıq: Bu dəfə akademiyanın məşqçiləri ayağa qalxıb

“Kəpəz” klubunda daha bir problem yaşanıb.

Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, Gəncə klubunun akademiyasında çalışan məşqçilər təxminən iki aya yaxındır maaş ala bilmir. Əməkhaqlarının gecikməsi mütəxəssislərin narazılığına səbəb olub.

Bununla yanaşı, akademiyanın bəzi məşqçiləri ilə müqavilələr də yenilənməyib. Mütəxəssislər klubdakı gələcək talelərinin və əmək müqavilələri ilə bağlı məsələlərin qısa zamanda aydınlaşdırılmasını gözləyirlər.

Bununla da, "Kəpəz"də əsas komanda ilə yanaşı, akademiya daxilində də həllini gözləyən məsələlərin olduğu üzə çıxıb.

Qeyd edək ki, "Kəpəz" iyulun 3-də Anar Allahverdiyevin sədr seçildiyini açıqlayıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31