29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Cəbəllütariqə qalib gəldi
“Qarabağ” “Dinamo”ya uduzdu
Ribeyro 2 oyunluq cəzalandı
“Qarabağ” Abbasla vidalaşdı

Ölkə futbolu

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

Futbolxeber.az saytının məlumatına görə, söhbət zamanı dövlətimizin başçısının Nenad Laloviçlə əvvəlki görüşü məmnunluqla xatırlandı.

Azərbaycan Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu deyən qonaq 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğuladı, buna və ümumilikdə Dünya Güləş Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Ölkədə idmanın güləş növünün inkişafını vurğulayan Nenad Laloviç Azərbaycanda güləş üzrə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini xatırladı, Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini dedi.

Prezident İlham Əliyev gənc idmançıların gələcəkdə uğur qazanması baxımından 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının əhəmiyyətinə toxundu və bundan sonra da ölkəmizdə bu cür idman tədbirlərinin təşkilinin önəmini qeyd etdi.

Dövlət başçısı Azərbaycan güləşçilərinin indiyədək çox mühüm qələbələr qazandıqlarını vurğuladı.

Görüşdə idmanın güləş növünün ölkəmizdə zəngin ənənələrə malik olduğu qeyd edildi, onun inkişafı üçün dövlət səviyyəsində görülən işlərə toxunuldu.

Azərbaycanla Dünya Güləş Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31