12 Iyun 2026, Cümə
Amin Seydiyev “Zirə”yə keçdi
Millimiz FİFA reytinqində gerilədi
Pedro Bikalyo daha üç il "Qarabağ"da
"Zirə"də beş yeni müqavilə - RƏSMİ

Ölkə futbolu

“Pley-offu fikirləşmək istəmirəm”

"Dörd turdur ki, məğlub olmaq komandanı pis duruma salıb. Bu gün qələbə istəyirdik. Sadəcə diqqətsizlik qolla nəticələnir. "Şamaxı"nı təbrik edirəm. İkinci hissədə biz daha üstün idik. Qol da vurduq. Şakir Seyidovun top itkisi qapımıza qolla nəticələndi. Orta xətdə səhv etməməli olduğumuzu demişdik. Təəssüf ki, səhvlər təkrarlanır və üzücü məğlubiyyətlər alırıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 29-cu turunun “Şamaxı” ilə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Kənardan görünür ki, müəyyən təzyiqlər var. Nə baş verir komandada? Rəhbərliyin dəstəyini hiss edirsiniz?

- Hər şeyi görən Allahdır. İşimi vicdanla görməyə çalışıram. Kimin arxada nə iş görməsi, məşqçi olaraq mənim düşüncəmdə zərrə qədər yoxdur. Kim nə iş görür, bilmirəm. Hər kəs cavabını gec-tez alacaq. Rəhbərliyin dəstəyini hiss edirəm. Komandanın içində olublar, komandaya motivasiyasını da veriblər.

- 11-ci olsanız, I Liqada II yeri tutan komandası ilə pley-offda qarşılaşacaqsınız...

- Qarşıda 4 tur var və pley-off haqda fikirləşmək istəmirəm.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30