29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Cəbəllütariqə qalib gəldi
“Qarabağ” “Dinamo”ya uduzdu
Ribeyro 2 oyunluq cəzalandı
“Qarabağ” Abbasla vidalaşdı

Ölkə futbolu

Saşa İliç qələbəni şərh etdi

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə "İmişli"ni 2:0 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, Sumqayıt təmsilçisinin baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Mətbuatda bir neçə dəfə yazılar gedib. Bu, həm mənə, həm "Sumqayıt"a qarşı haqsızlıqdır. Mənimlə komanda arasında heç bir münaqişə yoxdur. Belə davam edərsə, növbəti dəfə mətbuat konfransında iştirak etməyəcəm. Oyuna gəldikdə, çətin oldu. Çalışdıq və 3 xal qazandıq. Ən vacibi də budur.

- Kapitan Səbuhi Abdullazadəni bir dəfə tənqid etmişdiniz. Amma yenə çox etiraz edir. Onun cəzalanması gündəmdədir?

- Səbuhiyə böyük hörmətim var. Onu bəyənmirəm deməzdim. Sadəcə oyununu dəyişməlidir. Əvəzlənməyi normaldır. Səbuhinin böyük potensialı var, millinin vacib oyunçularındandır.

- İkinci hissədə çoxlu qol epizodu yaratdınız. Fasilədə nəyi dəyişdiniz?

- Qeyri-adi heç nə etmədik. İlk hissədə qol vurmuşduq. İkinci yarıda rəqib irəli çıxırdı və boşluqlar verirdi.

- Növbəti mövsümdə komandada qalacağınız dəqiqləşib? Dəqiqləşibsə, ağlınızda hansı dəyişikliklər var?

- Rəhbərliklə danışıb, bu mövsümün qalan hissəsində gənclərə şans verməyi seçdik. Bu strategiya ilə davam edəcəyik.

- Bu strategiya sizin klubdakı taleyinizə necə təsir edəcək?

- Hazırda diqqətimiz qarşıdakı dörd oyundadır.

- Mətbuat konfransına gəlməməyiniz hörmətsizlik sayıla bilər...

- Bəlkə düzgün başa düşülmədi. Problemi izah etmək istəyirəm. Mənim, komandam barədə reallıqlar yazılsın. Danil ilə mübahisəmi yazan jurnalistə də deyin ki, həqiqətləri yazsın. Mən işim, taktiki gedişlərim pis ola və bu haqda yazıla bilər. Amma olmayan şeyləri demək doğru deyil.

- Sizcə, auysayderlərlə oyunlarda itirilən xallar sizi avrokuboklardan kənarda qoydu?

- Avrokuboklar uğrunda mübarizə aparırsansa, bu hədəfləri olan komandalarla oyunlarda xallar itirməmək vacibdir.

- Nikolo Ninkoviç penaltidən yararlana bilmədi...

- Futbolda belə hallar olur. Daha əvvəl Rüstəm Əghmədzadə də vura bilməmişdi. Ninkoviç bizim üçün vacib oyunçudur. Görək, növbəti penaltini kim vuracaq...

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31