Ölkə futbolu
Sevincin hipertrofiyası
Milli komandamızı “FİFA Series” turnirinin qalibi olması münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu turnir təcrübə, özünəinam, anlaşma və taktiki-texniki bacarıqlar baxımından həm futbolçular, həm də məşqçilər üçün faydalı oldu. Qazanılan mükafat da qəpiyinə qədər halal xoşlarıdır – müasir futbolda heç kim havayı iş görmür.
azıya bu cür başlamağım təsadüfi deyil – məqsədim kiminsə ağlına yanlış fikir gəlməsinin qarşısını almaqdır. Yəni nə qələbəni kiçiltmək, nə də süni şəkildə böyütmək fikrim var. Lakin AFFA-nın baş katibi Cahangir Fərəcullayevin oyundan dərhal sonra verdiyi açıqlama uğurlu alınmadı. Ümumiyyətlə, o, ana dilində fikirlərini ifadə etməkdə çətinlik çəkir. Əks halda, oyun bitər-bitməz qələbənin kiçildilə biləcəyi ilə bağlı açıqlama verməzdi. Çünki həmin anda ictimai reaksiyanın necə olacağı hələ bəlli deyildi. Hörmətli Cahangir müəllim, sizin heç kimə göstəriş vermək səlahiyyətiniz yoxdur. Qələbəni kiçildən də olacaq, sizin kimi dostlarının təsiri ilə onu şişirdən də. Hansı saytın nə yazdığını, sosial şəbəkələrdə kimin hansı məqsədlə paylaşım etdiyini insanlar çox yaxşı görür. Bu gün heç kim “mağarada yaşamır” – hamının dünyagörüşü və təhsili var. Məsələn, sizinlə yaxın olan bəzi media resursları və sosial şəbəkə hesabları bu qələbəni davamlı şəkildə şişirtməyə çalışır. Halbuki “FIFA Series” turniri yalnız Azərbaycanda keçirilmir. Eyni gündə Bolqarıstan, Özbəkistan və digər milli komandalar da bu turnirin qalibi olublar. Araşdırın, görün həmin ölkələrdə bu uğura münasibət necədir – süni şişirtmə varmı? İnanın, belə ucuz yanaşmalar heç kimin ağlına gəlmir; insanlar daha ciddi işlərlə məşğuldur. Əslində sizi tam qınamıram. Futbolda yenisiniz, təcrübəniz yetərli deyil. Ola bilər ki, heç vaxt futbol oynamamısınız və bu sahənin emosional tərəfini yeni hiss edirsiniz. Buna görə də bir anlıq eyforiyaya qapılmısınız. Amma insanlara məsləhət vermək və reallıqdan uzaq açıqlamalar səsləndirmək düzgün deyil.
Sizin əsas vəzifəniz fərqlidir: heç olmasa millini təhvil aldığınız səviyyədən – C liqasından – yuxarı qaldırmaq, strategiyada yazılanları real şəkildə həyata keçirməkdir. Bunun üçün çox işləmək, fasiləsiz fəaliyyət göstərmək lazımdır. Biz deyilənlərə yox, görülən işlərə baxacağıq. Nağıllara artıq heç kim inanmır – çünki bu cür vədləri əvvəllər də çox eşitmişik. Unutmayın, bu milli komanda sizin deyil – hamımızındır. Və əmin olun ki, hamı onun uğurlu olmasını sizdən az istəmir. Sadəcə, hər kəs sizin kimi düşünmək məcburiyyətində deyil. Fərqli düşünənlər düşmən deyil. Onlara təzyiq göstərmək yox, hörmətlə yanaşmaq lazımdır. Çünki hər kəsin etik çərçivədə fikrini bildirmək hüququ var. Sizin vəzifəniz insanları susdurmaq deyil, futbolu inkişaf etdirməkdir. Məsələn, kiminsə sosial şəbəkədə etdiyi paylaşımı sildirmək qəhrəmanlıq deyil. Əksinə, tənqidlərə açıq olmaq və onlardan nəticə çıxarmaq inkişafın əsas şərtidir.
Bir sözlə, “elin gözü tərəzidir”. Böyük qələbə qazandığınız zaman bunu siz də aydın görəcəksiniz. O zaman cəmiyyətin bütün təbəqələrindən müsbət reaksiya görəcəksiz.
Kubokdan da muğayat olun, birdən dartıb qulpunu qopararsınız...
P.S. Hipertrofiya – orqan və ya toxumanın hüceyrələrinin ölçüsünün böyüməsi nəticəsində ümumi ölçüsünün artmasıdır.
TAĞI
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
10:00
Azərbaycan kubokunda I mərhələyə yekun vurulur
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
09:40
Dünya çempionatı: Zelim Kotsoyev mübarizəyə başlayır
-
09:20
“Araz-Naxçıvan” “Kəpəz”ə, “Neftçi” ən yaxın izləyicisinə qarşı
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
-
14:00
AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib
-
13:31
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
-
12:06
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
-
11:48
İspaniya səfərdə Xorvatiyanı məğlub etdi VİDEO
-
11:25
Hakan Çalhanoğlu ilə bağlı şad xəbər
-
10:59
“Arsenal”ın hücumçusu “Atletiko” və “Yuventus”un hədəfində
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
-
19:36
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyanı məğlub etdi
-
17:19
Sefasın durumu nə yerdədir?
-
16:45
“Bavariya” Keynlə yeni müqavilə imzalayacaq
-
16:02
“Çelsi” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
-
15:23
I Liqada hakim təyinatları
-
14:36
Litva millisinin baş məşqçisi istefaya göndərildi
09.10.2026
08.10.2026
07.10.2026
06.10.2026
























