9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Ölkə futbolu

Əli Əsədov Türkiyə və Özbəkistanı dünya çempionatına vəsiqə qazandıqları üçün təbrik edib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə və Özbəkistanı futbol üzrə dünya çempionatına vəsiqə qazandıqları üçün təbrik edib.

Futbolxeber.az saytının məlumatına görə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı Ə. Əsədov xatırladıb ki, martın 31-də Türkiyə milli komandası Kosovo üzərində qazandığı qələbə (1-0) nəticəsində 24 il sonra yenidən futbol üzrə dünya çempionatına vəsiqə qazanıb:

"Bu möhtəşəm qələbə hər birimiz üçün xüsusi sevinc mənbəyinə çevrildi. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirik. Eyni zamanda, Özbəkistanın da tarixində ilk dəfə olaraq dünya çempionatına yüksəlməsi xüsusi qürur və sevinc doğurur. Bu tarixi nailiyyətə qardaş Özbəkistan hələ ötən ilin iyun ayında imza atıb".

O vurğulayıb ki, hər iki uğur bütövlükdə Türk dünyasının zəfəri kimi qiymətləndirilə bilər:

"Bu qələbələr türk xalqlarının bütün sahələrdə yüksəlişini aydın şəkildə əks etdirir".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31