Ölkə futbolu
Sevinməyin adamına görə dəyişməkliyi
Aparıcı Tural Əsədovun “Xəzər TV”də yayımlanan “Bakı gündəliyi” adlı verilişi var. Bakını sevənlərin maraqla izlədiyi proqramın növbəti buraxılışlarının birində Əsədov kənd ağsaqqallı ilə söhbət edir. Söhbət zamanı ağsaqqal bir dialoq danışır. Sosial şəbəkələrdə də maraqla qarşılanan, xeyli paylaşılan videoda ağsaqqalın söhbət açdığı dialoq təxminən belədir:
“Günlərin bir günü bir arvad ərinə deyir:
- Ay kişi, məni çox istəyirsən?
- Hə, çox istəyirəm.
- Mənim xətrimə siqareti tərgidərsən?
- Hə, tərgidərəm.
- Ərağı necə?
- Ərağı da tərgidərəm.
- Maaşın hamısını evə gətirərsən?
- Hə, gətirərəm.
- Ay kişi, mənim xətrimə özünü öldürərsən?
- Əlbəttə öldürərəm. Belə yaşamaq mənim nəyimə lazımdır ki?”
Son iki gündə futbolumuzda yaşananları gördükcə həmin video yadıma düşür. Çünki millimizin Sumqayıtda təşkil olunan "FIFA Series – 2026"da qalib olması elə şişirdilib ki... Görən deyər yəqin İspaniya və Argentinanı məğlub etmişik. Halbuki millimiz birinci oyunda tarixində ilk dəfə Avropa ölkəsi ilə qarşılaşan Sent Lüsiyaya 6:1 hesabı ilə qalib gəldi. Əvvəlki cümlədə qeyd etdiyimiz fakt rəqibin səviyyəsindən xəbər verir. Sosial şəbəkələrdə azarkeşlərin də qeyd etdiyi kimi, rəqib konkret məhəllə komandası səviyyəsində idi. Finalda isə Syerra Leoneni penaltilərdə üstələdik. Matçdan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev açıqlamasında qeyd etdi ki, bu, millimiz üçün vacib nəticədir: “Hesab edirəm ki, bu qələbəni kiçiltmək lazım deyil”.
Baş katibin bu açıqlamasından sonra isə əksəriyyət sanki tərifnamə bəhsinə girib. Baş katib futbol adamı deyil, ilyarımdır bu postu tutur. Ola bilər, onun üçün Sent Lüsiya və Syerra Leonə üzərində qələbə tarixi uğurdur. Bəs futbol adamlarına nə olub? Həqiqətənmi dedikləriniz ürəyinizdən gələnlərdir? İnanan daşa dönsün. Bu tərifnamələrdən sadəcə AFFA rəhbərliyinə yarınmaq qoxusu gəlir. Bu silsilə tərifnamələrdə ən əttökən məqam isə Syerra Leonenin FİFA reytinqindən bizdən yuxarıda olmasının gözə soxulmasıdır. Bir adam da sual vermir ki, neçə pillə yuxarıda? 30-cu yerdədilər, ya 72-ci? Əslində isə hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Syerra Leone isə 119-cu yeri tutur. Yəni millimizlə Syerra Leoneni reytinqdə cəmi 5 komanda ayırır.
Bugünkü tərifnamələrin sadəcə sabun köpüyü olduğunu düşünməyə əsas verən vacib məqam milliyə qarşı 3-4 il əvvəlki münasibətdir. Bu gün milli komandamıza tərif yağdıranların böyük hissəsi 2022-ci ildə De Byazinin vaxtında Belarus, Slovakiya (səfərdə), Qazaxıstan, Moldova (səfərdə) və Şimali Makedoniya (səfərdə) üzərində ardıcıl 5 qələbəyə ağız büzənlər, “mənasız qələbələrdir” deyənlərdir.
Sizcə, FİFA reytinqində 119-cu olan Syerra Leoneni öz meydanında penaltilərdə udmaq uğurdur, ya 48-ci olan Slovakiyanı səfərdə? Bəs 167-ci yerdəki Sent Lüsiyaya qalib gəlmək daha prestijlidir, ya 48-ci pillədə qərarlaşan Şimali Makedoniyaya? Hələ mən dünən DÇ-2026-ya vəsiqə qazanan İsveç yığmasını Bakıda 3:0 üstələməyimizi demirəm...
Necə olur, o qələbələr mənasız olur, Sent Lüsiya və Syerra Leone (penaltilərdə) üzərində qələbə isə az qala qəhrəmanlıq kimi təqdim edilir. Deməli, adamına görə "qələbəyə münasibət" də dəyişir. Həmin bakılı ağsaqqalın təbirincə desək, belə sevinmək mənim nəyimə lazımdır ki?..
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- Şeydayevin yeni klubu müəyyənləşdi
-
17:52
"Sabah"ın rəqibində iki ayrılıq yaşandı
-
17:45
3 güləşçimiz dünya çempionatının yarımfinalına yüksəlib
-
17:27
PSV-nin yarımmüdafiəçisi “Borussiya”da
-
17:06
Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
-
16:33
“Neftçi” - “Araz-Naxçıvan” matçının biletləri satışda
-
16:14
Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimlər açıqlanıb
-
15:51
"Neftçi"də yeni müqavilə
-
15:28
"Səbail"dən növbəti transfer
-
15:00
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
-
14:49
Atletika Federasiyasında məşqçilik kursları keçiriləcək
-
14:15
İlk turda ən çox azarkeş hansı oyuna gəlib?
-
13:52
“Səbail” Türkiyə klubu ilə qarşılaşacaq
-
13:36
Tupta: “Bizə bir az da vaxt lazımdır”
-
13:07
Avarçəkənlərimiz dünya çempionatında mübarizə aparacaqlar
-
12:43
Azərbaycandan Boliviya klubuna getdi
-
12:20
Yankoviç: “Tvente”yə qalib gələcəyimizə inanmasaydıq, heç səfərə getməzdik”
-
11:54
Boksçumuz Avropa çempionatının yarımfinalında
-
10:31
“Barselona”nı “Ayaks”a dəyişdi
-
09:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
22:55
Qurban Qurbanov: “Bu, bizim üçün vacib qələbə idi”
-
22:11
Azər Bağırov: “Birinci hissədə uşaqlarda həyəcan var idi”
-
21:39
Bəhlul 6 aydan sonra meydana qayıtdı
-
21:24
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
-
18:00
Elvindən Zubir paylaşımı: “Gözüm səni axtaracaq”
-
17:46
"Yuventus" müdafiəçi transfer etdi
-
17:09
"Qarabağ" Cəfərquliyevi itirdi
-
16:41
"Avropa çempionatında inamı doğruldub növbəti mərhələyə yüksəlmək istəyirik"
-
16:17
"İmişli"də ayrılıq
-
15:54
"Beşiktaş" və "Fənərbaxça" millimizin üzvləri ilə müqaviləni yenilədi
-
15:33
"Sumqayıt"ın kapitanı 5 ay sonra yaşıl meydanlara qayıdacaq
-
15:08
"Gəncə" onunla müqavilə imzaladı
-
14:45
"Tvente" ilə səfər oyunu üçün "Qarabağ" azarkeşlərinə 1500 yer ayrılıb
-
14:26
Cüdoçularımız İspaniya Supekubokunda 2 qızıl medal qazanıblar
-
13:52
PFL Zubirə təşəkkür etdi
-
13:31
“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci
-
13:19
"Neftçi" millinin üzvünü transfer edib
-
13:00
Ruan Renato 100-ə çatdı
-
12:37
Daha 3 boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib
-
12:24
"Sumqayıt" üçün üzücü yubiley
-
12:03
“Neftçi”nin 25 il gözlədiyi start
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:15
Fransa Superkubokunu "Lans" qazandı VİDEO
-
10:56
Anje Mutsinzi: “Hər oyuna 3 xal üçün çıxacağıq”
-
10:22
“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyunlardan danışdı
-
10:09
Rüfət Abdullazadənin komandası finaldan kənarda qaldı
-
09:51
AFFA öz ampluasında: Millinin 0:13 hesablı məğlubiyyəti gizlədilir
-
09:34
Nəriman Axundzadə Superliqada debüt etdi
-
09:17
"Zirə" "Şəfa"ya şans tanımadı VİDEO
-
09:00
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
-
23:52
Rəşad Sadıqovdan qələbə şərhi
18.08.2026
17.08.2026
16.08.2026
























