Ölkə futbolu
Qurban Qurbanov: “Nəticə üçün oynamağı bacardıq”
"Futbolçularıma sona kimi dözdüklərinə görə təşəkkür edirəm. Belə oyunlarda axıra qədər mübrizə aparmaq çox vacibdir. Əlbəttə ki, səhvlərimiz oldu. Lakin nəticə üçün oynamağı bacardıq. Futbolçularımı təbrik edirəm. Rəqib komanda haqqında xoş sözlər demək istəyirəm. Göstərdilər ki, əvvəlki 2 oyunda layiqli qələbələr qazanıblar".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya"ya qalib gəldikləri (1:0) matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Bakıdakı cavab oyununda daha diqqətli olmaqlarının lazım gəldiyini bildirib: "Hər bir halda bu cür oyunda belə bir komandaya qarşı qalibiyyətlə dönmək böyük bir avantajdır, amma biz Bakıda daha diqqətli və ciddi olmalıyıq. Çünki qarşımızda məğlub olmağı sevməyən bir kollektiv var".
O, stadionda 20 min azarkeşin olmasından və arenadakı atmosferdən də söz açıb: "Futbolun gözəlliyi azarkeşlərdir. Belə bir stadionda bu cür atmosfer oyunu daha da gözəlləşdirdi. "Şkendiya" bu atmosferdə daha da motivasiya olmuşdu. Biz bir neçə il bundan əvvəl bu stadionda oynamışdıq, lakin bu cür azarkeş dəstəyi ilə qarşılaşmamışdıq".
Q.Qurbanov futbolçusu Kadi Borgesin oyunundan da danışıb: "Ola bilər bəzi epizodlarda zəif təsir bağışladı. Amma indi bunu müzakirə etməli deyilik. Çünki rəqibin gücünü də nəzərə almaq lazımdır. Kadiyə qarşı rəqib müdafiəçilər daha çox diqqət ayırırdılar. Hər oyunçu 90 dəqiqə eyni səviyyədə oynaya bilməz".
O, sonda "Azərbaycanda bir çox albaniyalı futbolçu oynayır. Həmin oyunçulardan və "Şkendiya"nın heyətindəki futbolçulardan "Qarabağ"da görmək istədiyiniz biri varmı?" sualını cavablandırıb: "Mənim komandamda bir çox alban futbolçu olub. İlk ağla gələn Ansi Aqolli və Admir Telidir. Onlar mənim üçün həm dəyərli insan, həm də yaxşı oyunçular idi. Ümumiyyətlə, Balkan ölkələrinin futbolçularında həmişə güclü bir xarakter olub. "Şkendiya"nın heyətindən hansısa futbolçu haqqında fikir bildirməyim düzgün olmaz".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
-
10:32
Daha bir boksçumuz Avropa çempionu oldu
-
10:17
"Milan" səfərdə büdrədi VİDEO
-
10:00
Toral ehtiyatda qaldı, “Bursaspor” uduzdu
-
21:36
Balau "Turan Tovuz"a qələbə qazandırdı VİDEO
-
20:51
Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
20:25
"Qarabağ" və "Turan Tovuz"dan səfər qələbəsi
-
20:00
II Liqada hakim təyinatları açıqlandı
-
19:13
"Qarabağ" 1000-ci oyununda qalib gəldi VİDEO
-
18:48
Qurban Qurbanov: “Bizim üçün çox vacib qələbə idi”
-
16:24
Boksçumuz Avropa çempionu oldu
-
15:57
"Gəncə" heyətini amerikalı legionerlə gücləndirdi
-
15:32
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
-
15:19
Gimnastlarımız beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
-
14:46
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu
-
14:21
PSJ qalib gəldi VİDEO
-
14:00
Riad Rəfiyev: “Son vaxtlar Nihadla bağlı çox pis məlumatlar alırdıq...”
-
13:33
"Fənərbaxça" səfərdə sevindi VİDEO
-
13:15
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
-
12:58
"Real"dan çətin qələbə VİDEO
-
12:44
İkili yanaşma: Simiçə olar, Abdullazadəyə yox?
-
12:27
Qaradəniz derbisini "Trabzonspor" qazandı VİDEO
-
12:02
III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb
-
11:39
"Mançester Yunayted" sonda qələbəni əldən verdi VİDEO
-
11:16
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
12.10.2026
11.10.2026
























.jpg)