Ölkə futbolu
İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
Azərbaycan futbolu növbəti rəzalətin astanasındadır.
Futbolxeber.az saytının məlumatına görə, 8 ildir fəaliyyət göstərən İsgəndər Cavadov Bakı Futbol Akademiyası və 3 ildir fəaliyyətini bərpa edən “Dinamo” Futbol Klubu təhdid olunub. Belə ki, iranlı iş adamı olduğu deyilən Rıza İbrahimi akademiya və klub rəhbərliyi ilə əlaqə saxlayaraq onlardan 8 ildir məskunlaşdıqları Abşeron Olimpiya Kompleksini təcili tərk etməyi istəyib. O bildirib ki, İsgəndər Cavadov Bakı Futbol Akademiyası və “Dinamo” Futbol Klubu iyulun 21-nə kimi kompleksi tərk etməlidir. Əks halda onlar zorla Abşeron Olimpiya Kompleksindən uzaqlaşdırılacaqlar. İbrahimi iddia edib ki, idman qurğusunu 10 illik icarəyə götürüb və gələn həftədən orada yenidənqurma işlərinə başlayacaq.
Maraqlıdır, Rıza İbrahimi bu barədə kiminlə razılaşıb? İdman qurğusunun məxsus olduğu Gənclər və İdman Nazirliyi ilə? Əgər belə bir razılıq varsa, nəyə görə İsgəndər Cavadov Bakı Futbol Akademiyası və “Dinamo” Futbol Klubu bu barədə əvvəldən məlumatlandırılmayıb? Ümumiyyətlə, Rıza İbrahimi hansı əsasla Abşeron İdman Kompleksini 10 illiyə icarəyə götürür? İnternetdə bu şəxslə bağlı geniş məlumata rast gəlmədik. Tehran yaxınlığındakı Kərac şəhərindən olan, hansı biznes sahəsində fəaliyyət göstərdiyi bilinməyən, sadəcə iş adamı kimi təqdim edilən İbrahimi necə 300-dən çox azərbaycanlı uşağın futbolla məşğul olduğu kompleksi zəbt edə bilər? Göründüyü kimi, suallar çoxdur, cavablar isə yoxdur.
Digər tərəfdən İsgəndər Cavadov Bakı Futbol Akademiyası və “Dinamo” Futbol Klubu bu cür münasibətə layiqdirmi? İsgəndər Cavadov Azərbaycan futbolunun ən tanınmış simalarından biridir. Şöhrət ordenli Cavadovun adını daşıyan akademiya necə 3 günün içində 8 ildir məskunlaşdığı idman kompleksindən uzaqlaşdırıla bilər? “Dinamo”nun rəhbəri Yaşar Seyidov uzun illər Azərbaycan futbolunda rəhbər şəxslərdən olub. Onun idarə etdiyi “Bakı” Futbol Klubu uzun illər Azərbaycanın müxtəlif yaş qrupları üçün onlarla futbolçu yetişdirib. İndi də eyni missiyanı “Dinamo” davam etdirir.
Abşeron Olimpiya Kompleksi 8 ildir İsgəndər Cavadov akademiyasının istifadəsindədir və 10 yaş qrupu üzrə komanda gündəlik məşqləri burada keçirir. Ümid edirik ki, iranlı iş adamının istəyi baş tutmayacaq. Hazırda onsuz da akademiya, futbolçu baxımından əziyyət çəkən Azərbaycan futbolunda daha bir rəzalət yaşanmayacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- IX turun oyun cədvəli açıqlanıb
- "Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
- Millimizdən 5 qollu məğlubiyyət
- Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Dövlət başçısının FIFA prezidenti ilə görüşündən
- İtaliya millisindən Bursada 4 qollu qələbə
- Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
- Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib
- Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
- Canninin gəlişindən sıxılan canlar
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
-
09:51
Mahirin komandası penaltilərlə mərhələ adladı
-
09:30
“Qarabağ” Abbasla vidalaşdı
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
-
22:31
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
-
22:00
Yeton Bekiri qələbəni şərh etdi
-
21:14
"Sumqayıt"dan 11 qollu qələbə VİDEO
-
20:48
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
-
19:52
Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib
-
19:25
Azərbaycan Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
-
18:16
"Araz-Naxçıvan"dan uğurlu start
-
17:43
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
-
17:07
Bakıda Braziliya ciu-citsusu üzrə açıq turnir keçirilib
-
16:39
“Sumqayıt” “Mehdi Hüseynzadə”yə nə vaxt qayıdır?
-
16:18
"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
-
16:00
"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina millisinə çağırıldı
-
15:51
Azərbaycan ilin ən yaxşı minifutbolçusu müəyyənləşdi
-
15:44
Azərbaycan çempionatının püşkü atıldı
-
15:32
Minifutbol üzrə ölkə çempionatın 12 komanda yarışacaq
-
15:25
Orxan Məmmədov: "Çempionat güclü olmasa, milli stabil çıxış edə bilməz"
-
14:56
Azərbaycan Super Liqası: II turun oyunlarının vaxtı açıqlanıb
-
14:13
Sabiq “Qarabağ”lı: “Sevilya” ilə hər şey razılaşdırılmışdı”
-
13:39
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub
-
13:01
DÇ: İki qadın güləşçimiz məğlub olub, İslam Abbasov medal şansını itirib
-
12:44
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
28.10.2026
27.10.2026
























