Ölkə futbolu
Qurban Qurbanov: “Savaş hələ ondan sonra başlayacaq”
14-cü dəfə ilin məşqçisi seçilən Qurban Qurbanovun müsahibəsi
- "Qarabağ"ın bu mövsüm Avropa Liqasındakı çıxışını necə dəyərləndirirsiniz?
- Yanvar ayından götürsək, çox yaxşı başlamışdıq. Hamıya böyük inam verdik. Bununla sanki Avropa komandalarının bizə daha ciddi yanaşmalarına şarait yaratdıq. Bəxtsizlik ifadəsini o qədər də işlətmirəm. Məğlubiyyətlərə işimizin bir hissəsi kimi baxıram. Futbolda belə hallar çox olub. Bir çox komandaları görürük ki, yaxşı oynayırlar, amma məğlub olurlar. İşimi səhvlərimizə, daha diqqətli olmalı olduğumuz məqamlara yönəldəcəm.
- Artıq 14-cü dəfədir ilin məşqçisi mükafatını qazanırsınız. Bəlkə mükafatın adını "Qurban Qurbanov mükafatı" qoyaq?
- Bilmirəm. 15-ci dəfə qazanmaq lazımdır. Belə təkliflərə mənim fikir bildirməyim düzgün olmaz. Amma düzünü desəm, mənim üçün də maraqlı oldu. 15 bəs edər, bilmirəm. Daha çoxunu etmək barədə gələcəkdə düşünmək olar.
- Avropa ölkələrindən geridə qalmağımızı necə aradan qaldırmaq olar?
- Bunu geniş müzakirə etmək lazımdır. Burada o qədər detallar var ki. Vacib şeylər var ki, onları yaxşılaşdırmaq üçün gecikməmək vacibdir. Qısa olaraq bildirərəm ki, bu, həm meydançalardır, həm çempionatın səviyyəsidir, həm klubların ümumi strukturudur. Futbolçular üçün ən vacib şey şəraitdir. Onlar hansı meydançada məşq edir, hansı qidalarla qidalanır. Xırda elementlər var ki, görünməyən tərəflərdir. Bunları mütləq yaxşılaşdırmaq lazımdır.
- İctimaiyyət arasında belə fikir var ki, "Qarabağ"ın bəzi futbolçuları artıq qələbəyə doyublar. Düşünmürsünüz ki, komandanın yenilənməyə ehtiyacı var?
- Futbol təcrübəsində belə bir fikir var. Buna uğurdan doymaq deməzdim. Sadəcə uzun illərin yorğunluğudur. Bu gün hansımızdan soruşsaz, hamımız uğur əldə etmək istəyirik. Bəzən psixoloji amillər insana mane olur. Yenilənməyə gəldikdə, özünüz də görürsüz ki, biz get-gedə komandaya yeni oyunçular cəlb etməyə can atırıq. Biz buna başlamışıq, komandada yeni futbolçular var. Onların uyğunlaşma prosesi gedir. Yaşlı futbolçulara gəldikdə, mən onları həmişə digər oyunçulara nümunə göstərmişəm. Bizdə Ansi Aqolli var idi, neçə il komandada qaldı. Bütün ili eyni səviyyədə keçirirdi. Onu bir dəfə istəksiz, kefsiz məşqə çıxan görməmişəm. Belə oyunçulardan biri Abdullah Zubirdir. 6 ildir komandamızdadır. Elə məşq olmayıb ki, intizamsız addım atsın, aşağı dinamikada məşq etsin. Ona görə də o "Qarabağ"ın əvəzolunmaz futbolçusuna çevrilib. Həmişə Riçard Almeydanı misal gətirmişəm. Yaşlı futbolçular həmişə komanda yoldaşlarına motivasiya verir. Bəzən başqa futbolçular onlara baxıb utanırlar. Bu gün futbolçuların hamısını dəyişmək yanlış addım olar. Hansısa oyunda öz idman formalarından uzaq ola bilərlər. Bu futbolçular əvvəlki illərdə həmişə böyük klublara qarşı çox bacarıqlı, cəsarətli oyunlar göstəriblər. İlboyu 3-4 gündən bir oyun keçirmək heç də asan deyil. İnsanın il ərzində daim eyni səviyyədə olması qeyri-mümkündür. Təkcə öz çempionatımızda iştirak etsəydik, çox asan olardı. "Sabah"la son matçımızla "Elfsborq"la oyun arasında topun oyunda qalma müddətində 12 dəqiqə fərq olub. Hər oyunun bu səviyyədə keçməsi futbolçunun zədələnməsinə, yorğunluğa gətirib çıxarır, bərpa prosesini ləngidir. Yorğunluq mütləq olacaq. Gizlətmirəm, mənim özümdə də olur. Bəzən komandanı tam istədiyim kimi oyuna motivasiya edə bilmirəm. Məni həmişə təmkinli görmüsünüz. Elə olur ki, bəzən mən də səbrimi içimdə saxlaya bilmirəm. Bunlar hamısı yorğunluqdan irəli gələn şeylərdi. Böyümək üçün mütləq bunlara alışmalıyıq. Çünki işimizin bir hissədidir. Hər il böyük uğur əldə edə bilmərik. "Mançester Siti" niyə hər il Çempionlar Liqasını qazana bilmir? O gücdə deyil? Əlbəttə o gücdədir. Futbol elə səviyyəyə çatıb ki, komandanın öz idman formasından uşaqlaşdığı anlar olur. İngiltərə Premyer Liqası ən güclü çempionatdır. Amma görürsən ki, klubları hər il Avropada eyni səviyyəni saxlaya bilmirlər. Azarkeşlər futboldan küsməsinlər. Biz onların inamını həmişə qoruyub-saxlamalıyıq. Uğursuzluqlar həmişə olacaq, buna hazır olmaq lazımdır. Uğursuzluqdan sonra hansı addımı atacağımız daha önəmlidir.
- Qış fasiləsinin müddəti azdır. Bu məqam sizi nə dərəcədə narahat edir?
- Bəli, məni narahat edir. Çünki bizim kimi ölkələrin bu planda çox böyük problemləri var. Futbolçularım nə qışda, nə də yayda normal istirahət edə bilir. Böyük ölkələrin klublarının maydan sonra istirahət üçün 2 ay vaxtı olur. Amma bizdə belə olmur. İyun ayında klublararası dünya çempionatı olacaq. Futbolda savaş hələ ondan sonra başlayacaq. Hamı narazılıq edəcək. Futbolçu robot deyil. Böyük klublardan həmişə böyük uğurlar tələb olunur.
- İcraiyyə Komitəsinin üzvü kimi milli komandamızın DÇ-2026-nın seçmə mərhələsində düşdüyü qrupu necə şərh edirdiniz?
- Dəyərləndirmək mənim üçün hələ tez olar. Ümumən hamısı tanış rəqiblərdir. Oyunlar sentyabrda başlayır, hələ xeyli vaxt var. O vaxta kimi problemlərimizi aradan qaldırmaq üçün vaxtımız olacaq. Oynamağa, daha yaxşı olmağa məcburuq. hansı qrupda olsaq, səviyyə eynidir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
21:36
Balau "Turan Tovuz"a qələbə qazandırdı VİDEO
-
20:51
Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
20:25
"Qarabağ" və "Turan Tovuz"dan səfər qələbəsi
-
20:00
II Liqada hakim təyinatları açıqlandı
-
19:13
"Qarabağ" 1000-ci oyununda qalib gəldi VİDEO
-
18:48
Qurban Qurbanov: “Bizim üçün çox vacib qələbə idi”
-
16:24
Boksçumuz Avropa çempionu oldu
-
15:57
"Gəncə" heyətini amerikalı legionerlə gücləndirdi
-
15:32
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
-
15:19
Gimnastlarımız beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
-
14:46
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu
-
14:21
PSJ qalib gəldi VİDEO
-
14:00
Riad Rəfiyev: “Son vaxtlar Nihadla bağlı çox pis məlumatlar alırdıq...”
-
13:33
"Fənərbaxça" səfərdə sevindi VİDEO
-
13:15
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
-
12:58
"Real"dan çətin qələbə VİDEO
-
12:44
İkili yanaşma: Simiçə olar, Abdullazadəyə yox?
-
12:27
Qaradəniz derbisini "Trabzonspor" qazandı VİDEO
-
12:02
III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb
-
11:39
"Mançester Yunayted" sonda qələbəni əldən verdi VİDEO
-
11:16
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:51
"Çelsi"dən darmadağın VİDEO
-
10:23
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
-
10:00
"Barselona"nın qələbəsi VİDEO
-
23:51
"Sumqayıt" 3 xalı 4 qolla qazandı VİDEO
-
23:19
Filipe Kandidodan qələbə şərhi
-
22:37
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
-
21:23
"Sumqayıt"ın qələbə həsrəti bitdi
-
20:42
"Zirə" - "Şamaxı" matçında 2 qol VİDEO
-
20:00
Azər Bağırov: “Belə xəbərlərin oyundan qabaq yayılması doğru deyil”
-
19:34
Rəşad Sadıqov: “İstəmədiyim durumdayıq”
-
18:58
Dünya çempionatı: Uşanqi finalda uduzdu, Kənan bürünc qazandı
-
14:15
Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”
-
13:46
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
-
13:01
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
-
12:39
5 boksçumuz Avropa çempionatının finalına yüksəlib
-
11:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:43
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub
-
10:14
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi VİDEO
-
09:52
Mahir Emrelinin komandası yenə xalsız qaldı
-
09:30
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
11.10.2026
10.10.2026
09.10.2026



















.jpg)




