30 Oktyabr 2025, Cümə axşamı
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Ölkə futbolu

Qara Qarayev “Dirçəliş Kuboku”nun səfiri seçilib

"Neftçi”dən ayrılan Qara Qarayev “Qarabağ Dirçəliş Fondunun” təşkil etdiyi “Dirçəliş Kuboku” xeyriyyə mini-futbol turnirinin səfiri seçilib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Böyük qürur hissi ilə elan edirəm ki, mən “Qarabağ Dirçəliş Fondunun” təşkil etdiyi “Dirçəliş Kuboku” xeyriyyə mini-futbol turnirinin səfiri seçilmişəm!

Qarabağın Füzuli bölgəsindən biri olaraq bu turnirdə iştirakım mənim üçün xüsusi bir məna daşıyır, çünki bu turnir işğaldan azad edilmiş torpaqlarımızın bərpasına töhfə vermək məqsədi daşıyır. Futbola olan sevgim və Qarabağa dərin bağlılığım məni bu dirçəliş yolunda hamımıza ilham verməyə sövq edir. Meydandakı əzmkarlığım və yardıma həsr olunmuş fəaliyyətimlə xalqımızın gücünü və dözümlüyünü təmsil etməyə çalışıram. Bu turnir vasitəsilə Qarabağın bərpasına dəstək vermək bizim hamımız üçün böyük bir məsuliyyətdir.

Gəlin, “Dirçəliş Kuboku”nda iştirak edən bütün komandaları birlikdə dəstəkləyək! Bu turnirdə oynayanlar yalnız qələbə üçün deyil, həm də Qarabağın gələcəyi üçün mübarizə aparırlar! Etimad və dəyər üçün Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təşəkkür edirəm”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31