1 Avqust 2026, Şənbə
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

“Zirə” penaltilərlə məğlub oldu

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, "Zirə" Bakıda Moldova "Şerif"ini qəbul edib.

İlk maçtda 1:0 hesablı qələbə qazanan “Zirə” cavab görüşündə bu hesabı açan tərəf təmsilçimiz olub. Lakin birinci hissənin sonunda azlıqda qalan Rəşad Sadıqovun komandası 1:2 hesabı ilə uduzub. Ümumi nəticə 2:2 olduğundan əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqə ərzində fərqlənən tərəf olmayıb və nəticədə cütün taleyini penaltilər həll edib. Burada məğlub olan "Zirə" Avroliqa ilə vidalaşıb. 

"Zirə" mübarizəni Konfrans Liqasının ikinci mərhələsində davam etdirəcək. Rəqib isə Slovakiyanın "Dak-1904" klubudur.

UEFA Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunu

18 iyul

"Zirə" (Azərbaycan) - "Şerif" (Moldova)  1:2 (Penaltilər - 4:5)

Qollar: Rafael Utziq, 5 (1:0), Əyyub Allaş, 54 (1:1), Papa Yade, 77 (1:2)
 
Qırmızı vərəqə: Salifu Suma, 40 ("Zirə")
 
Baş hakim: Bulat Sarıyev (Qazaxıstan)

"Dalğa Arena"








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31