Ölkə futbolu
Samir Abasov: “Sumqayıtlılar çətin zamanlarda bizi heç vaxt dəstəksiz qoymadılar”
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov bu gün başa çatan Ankara toplanışı haqqında klubun saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Yeni mövsümə hazırlıqlar necə gedir?
- Hazırlıqlara iyunun 18-də Sumqayıtda start verdik. 2 həftə ərzində məşqlərimiz daha çox fiziki yüklənmələr üzərində oldu. Bunun da məqsədi o idi ki, hazırlığın ikinci mərhələsini daha çox taktiki məşqlər üzərində çalışmağı planlaşdırırdıq. Baxmayaraq ki, bizim üçün istədiyimiz şərait yaradılıb, nəsə bir əskikliyimiz yoxdur, amma ümumiyyətlə, yay toplanışı dönəmi futbolçular üçün ağır keçir. Biz də bunun öhdəsindən layiqincə gəlməyə çalışırıq. Çünki bizi qarşıda ağır Konfrans Liqası oyunları və bütöv bir mövsüm gözləyir.
- Komandada ümumi durum necədir? İstədiyiniz məşqləri keçə bilmisinizmi?
- Ümumilikdə götürsək, kollektivdə ab-hava yüksək səviyyədədir. Yaxşı şəraitdə məşqlər keçdik. Hazırlıq planlarımızı demək olar ki, tətbiq edə bildik. Məlumdur ki, komandamıza 4 yeni futbolçu qoşulub. Rəhim Sadıxov daha əvvəl də bu komandada çıxış etdiyi üçün uyğunlaşma problemi yaşamadı. Əcnəbilərin komandaya uyğunlaşma prosesinin asanlaşması üçün isə həm futbolçular, həm texniki heyət canla-başla hər şeyi edirlər. Yeni transferlərimizin hər biri məşqlərdə gözəl təsir bağışlayır, lakin onların oyun üslubumuza tam öyrəşə bilmələri üçün bir neçə oyun keçirməli olacaqlarını da qeyd etməliyəm. Bundan əlavə, bəzi mövqelərə yeni oyunçu axtarışımız da davam edir. Bu prosesi hələ yekunlaşdırmamışıq. Dəfələrlə demişəm ki, hazırlıq planlarımızı sadəcə Konfrans Liqası oyunları üçün deyil, bütün mövsüm üçün qurmuşuq. Bu xüsusda çalışırıq.
- Bəs hazırlıq oyunlarında istədiyiniz komandanı görə bildinizmi?
- Hazırlıq oyunlarını deyərdim ki 2 hissəyə bölmək olar. İlk iki oyun ağır fiziki yüklənmələrin ardından baş tutmuşdusa, son keçirdiyimiz “Adana Demirspor” qarşılaşması isə tamam başqa məcrada keçdi. Yoxlama oyunlarında qeydə alınan hesablar o qədər də önəmli deyil. Əsas məqsəd futbolçuların onlara verdiyimiz tapşırıqları meydanda düzgün icra etməsi idi ki, mənə elə gəlir ki onlar bu işin öhdəsindən gələ bildilər. Təbii ki bir sıra səhvlərimiz də oldu. Lakin mən futbolçularımı tanıyıram, onlara güvənirəm. İnşallah avrokubok və çempionat oyunlarında bu səhvləri təkrarlamayacağıq.
- Sonda azarkeşlərimizə nəsə sözünüz varmı?
- Bizim üçün azarkeş anlamı tək fanat qruplarından yox, bütün Sumqayıt sakinlərindən ibarətdir. Sumqayıtlılar çətin zamanlarda bizi heç vaxt dəstəksiz qoymadılar. Stadionu doldurdular, doğma komandalarını dəstəklədilər. Biz də bunun qarşılığında uğurlu nəticələrə imza ataraq bu gün bu yerlərə gəlib çıxmışıq. İnanıram ki, “Fehervar”la oyunda, çempionat qarşılaşmalarında yenə də stadionda yerlərini alıb, bizi qələbəyə səsləyəcəklər. Bir daha vurğulayıram ki, bu yerlərə onların dəstəyi ilə gəlib çıxmışıq və bundan sonrakı uğurlarımıza da onlarla birlikdə addımlamaq istəyirik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- "Beşiktaş" Konyadan 3 xalla qayıtdı
- "Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol
- Avro-2028: Millimiz 5-ci səbətdə
- Millimiz FIFA reytinqində irəlilədi
- Gəncədə qalib aşkarlanmadı
- "Trabzonspor"dan tək qollu qələbə
- "Yuventus" ikinci hissədə coşdu
- U-20 millimiz İraqa qalib gəldi
-
19:00
"Neftçi" "Zirə" ilə oyuna hazırdır FOTOLENT
-
18:31
Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib
-
17:55
"Sumqayıt"ın məşqçi və futbolçu heyəti üçün seminar keçirilib
-
17:29
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri məlum olub
-
17:04
Millimiz Serbiyaya uduzdu
-
16:48
"Şahdağ Qusar" I dövrənin qalibi oldu
-
15:56
XIII turun hakimlər təyinatları
-
15:12
"Sumqayıt"ın məşqçisi: “Komandamıza güvənirəm”
-
14:53
Şevçenkonun oğlu 7-ci divizion klubu ilə müqavilə imzaladı
-
14:27
İstanbul derbisinin hakimləri açıqlandı
-
14:00
İnsan beyni vs süni zəka... - Sənan Şəfizadənin reportajı VİDEO
-
13:41
Güləş millilərimizin məşqçiləri və tibbi personalı üçün seminar
-
13:15
"Neftçi" heyətini amerikalı legionerlə gücləndirib
-
12:38
Meksikada 26 yaşlı futbolçu öldürüldü
-
11:54
Çempionlar Liqasında qeyri-adi olay: hakim meydana sərxoş halda çıxdı
-
11:29
“Sabah” - “Barselona” oyununda faciə
-
11:06
"Vilyarreal"ın qələbəsi VİDEO
-
10:43
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
"Sportinq" - "Mançester Yunayted" matçında 4 qol VİDEO
-
09:52
Millimizin üzvü "Sampdoriya"da dubl etdi
-
09:30
"Barselona" Bakıdan qələbə ilə qayıtdı VİDEO
-
19:51
“Bavariya” Almaniya millisinin hücumçusu ilə güclənə bilər
-
19:33
"Qarabağ" "Sumqayıt"la oyuna hazırlaşır FOTOLENT
-
19:00
Mbappe Ronaldonu geridə qoydu
-
18:45
“Neftçi” üçün 3 mövzuda seminar
-
18:27
Elçin Məsiyev dünya çempionatının oyununa təyinat aldı
-
17:52
Samuxda ilk cüdo zalı fəaliyyətə başlayıb
-
17:39
“Çelsi”nin yarımmüdafiəçisi “Napoli”nin hədəfində
-
17:14
“Barselona”dan “Sabah”ın U-19 komandasına 7 cavabsız qol
-
16:48
AFFA bu komandanı çempionatdan kənarlaşdırdı
-
16:21
“Araz-Naxçıvan” üçün seminar keçirilib
-
16:03
“Şamaxı” 8 min manat cərimələndi
-
15:56
“Turan Tovuz”un müdafiəçisi 3, “Sumqayıt”ın üzvü 1 oyunluq cəzalandı
-
15:47
Gəncədə azarkeş rekordu, bayram ab-havası, gərgin mübarizə VİDEO
-
15:39
AFFA Yunis Hüseynovu 3 oyunluq cəzalandırdı
-
15:25
Gəncə stadionunda yanğın-taktiki təlimi keçirilib VİDEO
-
14:52
“Qarabağ”dan xanım azarkeşlərə jest
-
14:34
Quba Olimpiya Kompleksinin stadionunun ot örtüyü süni olacaq
-
14:18
“Qarabağ” - “Sumqayıt” oyununun biletləri satışda
-
13:41
İcraiyyə Komitəsinin üzvündən “Sabah”, yoxsa “Qarabağ” sualına maraqlı cavab VİDEO
-
13:20
Bakıda cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram təşkil ediləcək
-
12:57
Amerika kubokuna bu ölkə ev sahibliyi edəcək
-
11:36
“Mançester Yunayted” axtardığı hücumçunu Səudiyyə Ərəbistanıda tapdı
-
11:19
42 yaşlı Tiaqo Silva müqaviləsini yeniləyir
-
10:45
“Mançester Yunayted”in futbolçusunun qırmızı vərəqəsi ləğv olundu
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:08
"Arsenal" - "Borussiya" matçında qalib aşkarlanmadı VİDEO
-
10:00
CEV Çempionlar Liqası: "Turan" ilk oyununa çıxır
-
09:54
Ronaldo 987-ci qolunu vurdu
-
09:31
"Real" ikinci hissədə coşdu VİDEO
26.11.2026
25.11.2026
























