17 Oktyabr 2026, Şənbə
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”
Maksimov məğlubiyyəti şərh etdi
"Şamaxı" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Bojoviç: “Öz səhvlərimizlə rəqibə 2 qol hədiyyə etdik”

"İlk hissədə yaxşı oynayırdıq. Rəqib azlıqda qalana qədər oyuna nəzarət edən tərəf biz idik. Rəqib qırmızı vərəqə gördükdən sonra oyunçularım düşündülər ki, daha asan qələbə qazanacaqlar. "Zirə" azlıqda qalandan sonra toparlandı. İki standart vəziyyətdən qapımıza qol vurdular. Bu, gözlənilməz oldu. Öz səhvlərimizlə rəqibə 2 qol hədiyyə etdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə "Zirə"yə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

Monteneqrolu mütəxəssis qeyd edib ki, azlıqda məğlub olmaları onun üçün də gözlənilməz olub: “Bu, futboldur. Futbolda bəzən belə hallar olur. Say üstünlüyü olsa da, məğlub olursan. Buna görə də hamı futbolu bu qədər sevir. Öncədən proqnozlaşdırmaq mümkün deyil. Mən də inanmazdım ki, say üstünlüyü ilə məğlub olarıq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31