12 Oktyabr 2026, Bazar ertəsi
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Ölkə futbolu

Coşqunun komandası qələbəni sonda əldən verdi

Türkiyə birinci liqasında 16-cı turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geydiyi “Ümraniyespor” səfərdə “Erzurumspor”la qarşılaşıb.

Meydana start heyətində çıxan həmyerlimiz 87-ci dəqiqədə İlhami Sirachanla əvəzlənib. Coşqun meydanı tərk edərkən sarı vərəqə ilə cəzalanıb.  

Matç 1:1 hesabı ilə yekunlaşıb. Diniyevin komandası 40-cı dəqiqədə Uğur Yıldızın qolu ilə hesabda önə keçsə də, 90+5-ci dəqiqədə qapısında qol görməklə qələbəni əldən verib.

Bu heç-heçədən sonra xallarının sayını 19-da çatdıran “Ümraniyespor” 18 komanda arasında 10-cu pillədə qərarlaşıb. İlk dövrənin son turunda Coşqunun komandası öz meydanında autsayderlər qrupunda qərarlaşan “Giresunspor”u qəbul edəcək. Bu matç dekabrın 24-də keçiriləcək.  

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31