27 May 2026, Çərşənbə
Murad Məmmədov "Pafos"a keçdi
“Neftçi” iki legionerlə vidalaşdı
Saşa İliç “Sumqayıt”dan getdi
Zakaria Savon rəsmən “Qarabağ”da

Ölkə futbolu

PFL-in qəzaya düşən daha bir əməkdaşı evə buraxıldı

Dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarından daha biri - media və marketinq direktoru Sənan Abdullayev evə buraxılıb.

Futbolxeber.az saytına bu haqda S.Abdullayev özü məlumat verib: “Təxminən 15-20 dəqiqə əvvəl xəstəxanadan buraxıldım. Özümü normal hiss edirəm”.

Bununla da xəstəxanadan evə buraxılan PFL əməkdaşlarının sayı üçə çatıb. Xatırladaq ki, dünən PFL-in texniki-idman direktoru Elgiz Abbasov və icraçı direktoru Zaur Hacıməhərrəmov da evə buraxılmışdı.

Sənan Abdullayev müalicəsi davam edən PFL rəhbərliyinin son durumunu da açıqlayıb: “Aslan Şahgəldiyev də artıq palataya köçürülüb. Lakin hələlik yanına heç kim buraxılmır. Həkimlərin dediyinə görə, vəziyyət yaxşıya doğru gedir. Elxan müəllimin müalicəsi isə hələlik reanimasiya şəraitində davam edir”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31