27 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu

Ölkə futbolu

Türkiyəli məşqçi Renat Dadaşovdan danışdı

“Renat Dadaşov bizim daimi penalti vuran oyunçumuzdur”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Türkiyənin “Hatayspor” klubunun məşqçisi Gökhan Kağıtçıoğlu Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun Superliqanın XV turunda “Başakşəhər”lə səfər oyununda penaltini qola çevirə bilməməsi ilə bağlı danışarkən deyib.

Baş məşqçi Volkan Dəmirəl cəzalı olduğu üçün komandanı meydana çıxaran mütəxəssis 24 yaşlı hücumçudan razılıq bildirib: “O, indiyə qədər bütün penalti zərbələrini qola çevirmişdi. Dadaşov çox güvəndiyimiz futbolçudur. Futbolda belə hallar olur. Düşünürəm ki, son dəqiqələrdəki yorğunluq və təzyiq zərbəni qola çevirə bilməməsində rol oynadı”.

Qeyd edək ki, Renat Dadaşovun 90+9-cu dəqiqədə penaltini qaçırdığı görüşdə “Başakşəhər” 1:0 hesablı qələbə qazanıb. “Hatayspor” hazırda 18 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31