Ölkə futbolu
Rəşad Sadıqov: “Birinci yerdə olmağımız əlavə təzyiq yaradır”
“Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox vacib qələbə qazandıq. Birinci dövrədəki çıxışlarına görə oyunçularımı təbrik edirəm. Bizim üçün uğurlu başlanğıcdır - 9 oyuna 19 xal yaxşıdır”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının IX turunda “Turan Tovuz” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib.
O, “Turan-Tovuz”la oyuna hazırlaşmağın çətin olduğunu bildirib: “Onlara qarşı uğurlu oyun planı cızmaq çətindir. Ayxan Abbasov savadlıdır. Çempionatımız gərgin və maraqlı keçir. Heç kim oyunun sonuna qədər təslim olmur. Bu gün də elə oyunlardan biri oldu. Rəqibin ikinci hissənin ortalarından sonra oyununda inkişaf göz qabağında idi. Əks-hücumlarımız var idi. Amma təəssüflər ki, alınmadı. Nəticə bizim üçün sərfəlidir. Çox vacib qələbədir. Bundan sonrakı dövrələrdə də uğurlu çıxışa davam etmək istəyirik”.
Sadıqov komandasının ilk dövrədəki üstünlükləri və çatışmazlıqları barədə bunları söyləyib: “Komanda yaxşı xarakter nümayiş etdirir. Bəzi oyunları çıxmaq şərtilə, futbolçularımın peşəkarlığından və xarakterindən razıyam. Etibarlı oynayırıq. Rəqiblər də bizi təhlil edir. Hücum potensialımızı artırmalıyıq. Fürsətlərdən yaxşı istifadə etməliyik. Bunların hamısını anlayışla qarşılayıram. Bir çox futbolçular keçmişdə böyük klublarda, stabil çıxış etməyən futbolçulardır. Onlardakı gərginlik normaldır. Özümüz də bilirik ki, hansı futbolçulara güvənirik. Sadəcə zaman lazımdır ki, özlərinə güvənsinlər, uyğunlaşsınılar. Birinci yerdə olmağımız da komandaya əlavə təzyiq yaradır. Yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq”.
“Zirə”nin çalışdırıcısı Rüstəm Əhmədzadənin çıxışını belə dəyərləndirib: “Bugünkü oyuna görə qiymət veririksə, Rüstəm ən yaxşı oyunçumuzdur. Toplu və topsuz çox yaxşı idi. Ondan çox razı qaldım. Belə davam edərsə, potensialını tam açacaq”.
O, Vladislav Kulaçın durumuna da aydınlıq gətirib: “Kulaç 3-4 oyundur ki, matçlarda iştirak etmir. Son oyunda da məcburiyyətdən meydana buraxdıq. Tam hazır deyil. Ağrılar hiss etdi. Düşündük ki, pauza verək. Bizim üçün böyük itkidir. Heyətimizdə ən karyeralı futbolçudur. Şükürlər olsun ki, Filip yaxşı oynayır. Rəqib müdafiəsində təzyiq yaradırdı. İstəyərəm ki, Kulaç tez bir zamanda komandaya qayıtsın”.
“Sanki keçənilk ssenari təkrarlanır, ötən mövsüm Sərtan Taşqın, bu mövsüm Qismət Alıyev bombardirdir...” sualını R.Sadıqov belə cavablandırıb: “Hücumçulara diqqət daha böyük olur, müdafiəçilər onlara daha yaxın dayanır. Müdafiəçilər isə daha avantajlıdır. Buraxdığımız qoldan sonra Qismət yəqin özünü günahlandırırdı. Bundan sonra qol vurmaq xarakter tələb edir. O, özünü əsl kapitan kimi apardı. Buraxılan qoldan məyus olmadı, qələbə qolunu vurdu”.
Sadıqov Eldar Quliyevin ehtiyatda qalmasında da söz açıb: “Beş gün əvvəl oynamışdıq. Çox ağır qarşılaşma keçirmişdik. Həmin gün 90 dəqiqə meydanda olanlar çox yorulmuşdular. Ona görə bu güb müəyyən rotasiyalar etmişdik. 14-15 aktiv futbolçular var ki, onlarla rotasiya edirik. Dəyişiklik olanda isə bu, zəif performansla bağlı deyil. Bəzən rəqibə uyğun taktiki gediş edirik. Sonradan meydana daxil olanlar fəallıq göstərdilər”.
Sadıqov lider olmalarına baxmayaraq, çempionluq barədə düşünmədiklərini qeyd edib: “İndi qarşımıza hansısa fərdi nəticə qoymaq ancaq zərərimizə işləyər. Çempionatda çempionluğa oynayan komandalar var. Amma bizim əsas hədəfimiz mümkün qədər yüksək yerlər uğrunda mübarizə aparmaqdı. Rəhbərlik qarşımıza qoyub ki, Konfrans Liqasına gedək. Bu, kubokdan da ola bilər, birinci yerlə də, üçüncü yerlə də. Belə şey yoxdur ki, mütləq çempion olmalıyıq ya, ikinci. Hər oyuna yaxşı hazırlaşıb, yüksək yerlər uğrunda mübarizə aparırıq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- IX turun oyun cədvəli açıqlanıb
- "Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
- Millimizdən 5 qollu məğlubiyyət
- Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Dövlət başçısının FIFA prezidenti ilə görüşündən
- İtaliya millisindən Bursada 4 qollu qələbə
- Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
- Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib
- Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
- Canninin gəlişindən sıxılan canlar
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
-
09:51
Mahirin komandası penaltilərlə mərhələ adladı
-
09:30
“Qarabağ” Abbasla vidalaşdı
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
-
22:31
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
-
22:00
Yeton Bekiri qələbəni şərh etdi
-
21:14
"Sumqayıt"dan 11 qollu qələbə VİDEO
-
20:48
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
-
19:52
Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib
-
19:25
Azərbaycan Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
-
18:16
"Araz-Naxçıvan"dan uğurlu start
-
17:43
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
-
17:07
Bakıda Braziliya ciu-citsusu üzrə açıq turnir keçirilib
-
16:39
“Sumqayıt” “Mehdi Hüseynzadə”yə nə vaxt qayıdır?
-
16:18
"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
-
16:00
"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina millisinə çağırıldı
-
15:51
Azərbaycan ilin ən yaxşı minifutbolçusu müəyyənləşdi
-
15:44
Azərbaycan çempionatının püşkü atıldı
-
15:32
Minifutbol üzrə ölkə çempionatın 12 komanda yarışacaq
-
15:25
Orxan Məmmədov: "Çempionat güclü olmasa, milli stabil çıxış edə bilməz"
-
14:56
Azərbaycan Super Liqası: II turun oyunlarının vaxtı açıqlanıb
-
14:13
Sabiq “Qarabağ”lı: “Sevilya” ilə hər şey razılaşdırılmışdı”
-
13:39
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub
-
13:01
DÇ: İki qadın güləşçimiz məğlub olub, İslam Abbasov medal şansını itirib
-
12:44
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
28.10.2026
27.10.2026
























